İQTİSADİYYAT


Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin adları açıqlanıb

Bakı, 29 aprel, Elvin Camalov, AZƏRTAC

Yanvar-mart aylarında Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr Türkiyə, İran və Özbəkistan olub.

AZƏRTAC Dövlət Gömrük Komitəsinin yaydığı məlumatlara əsasən xəbər verir ki, ölkəmizin Türkiyə ilə ticarət dövriyyəsi 1 milyard 118,2 milyon ABŞ dolları, İranla 101,2 milyon dollar, Özbəkistan ilə 20 milyon dollar təşkil edib. 2020-ci ilin müvafiq dövrünə nisbətən Türkiyə və İran ilə ticarət dövriyyəsi artıb, Özbəkistan ilə azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.