İQTİSADİYYAT


Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı Körfəz ölkələrinin adları açıqlanıb

Bakı, 25 yanvar, Elvin Camalov, AZƏRTAC

Keçən il Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı Körfəz ölkələri sırasında ilk üçlükdə İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı qərarlaşıb.

AZƏRTAC Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, il ərzində ölkəmizin İranla ticarət dövriyyəsinin həcmi 493,8 milyon ABŞ dolları, BƏƏ ilə 66 milyon dollar, Səudiyyə Ərəbistanı ilə isə 13,7 milyon dollar olub. İran və Birləşmiş Ərəb Əmirlikləri ilə ticarət dövriyyəsi 2018-ci ilə nisbətən artıb, Səudiyyə Ərəbistanı ilə azalıb.

Bu ölkələr, eyni zamanda, Azərbaycanın ən çox məhsul idxal etdiyi Körfəz ölkələri sırasında da ilk üçlükdədir. İrandan idxalın dəyəri 452,7 milyon min dollar, BƏƏ-dən 46,9 milyon min dollar, Səudiyyə Ərəbistanından isə 13,7 min dollar təşkil edib. Ölkəmiz Səudiyyə Ərəbistanından idxalı azaltsa da, İran və BƏƏ-dən idxalı artırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.