İQTİSADİYYAT
Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı Körfəz ölkələrinin adları açıqlanıb
Bakı, 29 yanvar, AZƏRTAC
2020-ci ildə Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı Körfəz ölkələri sırasında ilk üçlükdə İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı qərarlaşıb.
AZƏRTAC Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, hesabat dövründə ölkəmizin İranla ticarət dövriyyəsi 339,1 milyon ABŞ dolları, BƏƏ ilə 40,2 milyon dollar, Səudiyyə Ərəbistanı ilə isə 13,4 milyon dollar olub. İran və BƏƏ ilə ticarət dövriyyəsi 2019-cu ilə nisbətən azalıb, Səudiyyə Ərəbistanı ilə artıb.
Bu ölkələr, eyni zamanda, Azərbaycanın ən çox məhsul idxal etdiyi Körfəz ölkələri sırasında da ilk üçlükdədir. İrandan idxalın dəyəri 300,6 milyon dollar, BƏƏ-dən 29,5 milyon dollar, Səudiyyə Ərəbistanından isə 11,7 milyon dollar təşkil edib. İran və BƏƏ ilə idxal əməliyyatlar azalıb, Səudiyyə Ərəbistan ilə artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:39]
Sumqayıtda yolların təmirinə başlanılıb VİDEO
- 28.03.2024 [15:25]