İQTİSADİYYAT


Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı Körfəz ölkələrinin adları açıqlanıb

Bakı, 4 dekabr, AZƏRTAC

Yanvar-oktyabr aylarında Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı Körfəz ölkələri sırasında ilk üçlükdə İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı qərarlaşıb.

AZƏRTAC Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, hesabat dövründə ölkəmizin İranla ticarət dövriyyəsinin dəyəri 337,2 milyon ABŞ dolları, BƏƏ ilə 36,2 milyon dollar, Səudiyyə Ərəbistanı ilə 15,8 milyon dollar olub. Hər üç ölkə ilə ticarət dövriyyəsi 2020-ci ilin müvafiq dövrünə nisbətən artıb.

Bu ölkələr, eyni zamanda, Azərbaycanın ən çox məhsul idxal etdiyi Körfəz ölkələri sırasında da ilk üçlükdədir. İrandan idxalın dəyəri 311,1 milyon dollar, BƏƏ-dən 24,9 milyon dollar, Səudiyyə Ərəbistanından isə 12,4 milyon dollar təşkil edib. İran və Səudiyyə ilə idxal əməliyyatları artıb, BƏƏ ilə isə cüzi azalıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.