İQTİSADİYYAT


Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ispandilli ölkələrin adları açıqlanıb

Bakı, 18 sentyabr, Elvin Camalov, AZƏRTAC

Cari ilin 8 ayında Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ispandilli ölkələr İspaniya, Meksika və Ekvador olub.

AZƏRTAC Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, ölkəmizin İspaniya ilə ticarət dövriyyəsi 585 milyon ABŞ dolları, Meksika ilə 39 milyon 559 min dollar, Ekvadorla isə 21 milyon 315 min dollar təşkil edib. Hər üç ölkə ilə ticarət dövriyyəsi ötən ilə nisbətən artıb.

Bu ölkələr, eyni zamanda, Azərbaycanın ən çox məhsul idxal etdiyi ispandilli ölkələr sırasında da ilk üçlükdədirlər. İspaniyadan idxal 44 milyon 922 min dollar, Meksikadan 39 milyon 444 min dollar, Ekvadordan isə 21 milyon 315 min dollar təşkil edib. Ölkəmiz İspaniyadan idxalı azaltsa da, Meksika və Ekvadordan idxalı artırıb.

İxracda isə ilk üçlükdə İspaniya, Meksika və Kolumbiya qərarlaşıb. İspaniyaya ixrac 540 milyon 78 min dollar, Meksikaya 115 min dollar, Kolumbiyaya 74 min dollar olub. Bu üç ölkəyə də məhsul ixracımız artıb.

Azərbaycanın ticari əməkdaşlığı ən az olan ispandilli ölkələr Boliviya, Venesuela və Salvadordur.

Qeyd edək ki, İspaniya Azərbaycan ilə ticarət dövriyyəsində əsas ölkələrin siyahısında 2 pillə irəliləyərək 11-ci yerdə qərarlaşıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.