İQTİSADİYYAT


Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ispandilli ölkələrin adları açıqlanıb

Bakı, 23 oktyabr, Elvin Camalov, AZƏRTAC

Cari ilin 9 ayında Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ispandilli ölkələr İspaniya, Meksika və Ekvador olub.

AZƏRTAC Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, ölkəmizin İspaniya ilə ticarət dövriyyəsi 590 milyon 175 min ABŞ dolları, Meksika ilə 42 milyon 950 min dollar, Ekvadorla isə 23 milyon 685 min dollar təşkil edib. Hər üç ölkə ilə ticarət dövriyyəsi ötən ilə nisbətən artıb.

Bu ölkələr, eyni zamanda, Azərbaycanın ən çox məhsul idxal etdiyi ispandilli ölkələr sırasında da ilk üçlükdədirlər. İspaniyadan idxalın dəyəri 50 milyon 57 min dollar, Meksikadan 42 milyon 832 min dollar, Ekvadordan isə 23 milyon 684 min dollar təşkil edib. Ölkəmiz İspaniyadan idxalı azaltsa da, Meksika və Ekvadordan idxalı artırıb.

İxracda isə ilk üçlükdə İspaniya, Meksika və Kolumbiya qərarlaşıb. İspaniyaya ixracın dəyəri 540 milyon 118 min dollar, Meksikaya 118 min dollar, Kolumbiyaya 96 min dollar olub. Bu üç ölkəyə də məhsul ixrac artıb.

Azərbaycanın ticari əməkdaşlığı ən az olan ispandilli ölkələr Boliviya, Venesuela və Salvadordur.

Qeyd edək ki, İspaniya Azərbaycan ilə ticarət dövriyyəsində əsas ölkələrin siyahısında 12-ci yerdə qərarlaşıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.