REGİONLAR


Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır

Ağcabədi, 21 aprel, AZƏRTAC

Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun respublikaya rəhbərlik etdiyi illərdə dahiyanə idarəçilik qabiliyyəti və gərgin zəhməti sayəsində ölkəmiz iqtisadiyyatda, elmdə, mədəniyyətdə, təhsildə - həyatın bütün sahələrində mühüm tərəqqi dövrü yaşayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Bənzərsiz dahi insan” mövzusunda keçirilən videokonfransda səsləndirilib. Əvvəlcə ulu öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Videokonfransda çıxış edən Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov bildirib ki, Heydər Əliyev Azərbaycan tarixində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan kimi əbədiləşib. Ulu Öndər öz ali liderlik keyfiyyətləri ilə dünyanın siyasi elitasının ən uca zirvəsində qərarlaşan nəhəng şəxsiyyətdir. Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi nəinki Azərbaycan dövlətçiliyini, həm də bütün bir xalqı məhv olmaq təhlükəsindən xilas etdi. Ulu Öndərin qətiyyətli fəaliyyəti, müdrik siyasəti nəticəsində ölkəmizdə qısa müddət ərzində siyasi sabitlik təmin edildi, iqtisadiyyatda və digər sahələrdə böhran aradan qaldırıldı, inkişaf mərhələsi başlandı. Bütün mənalı ömrünü öz xalqının və Vətəninin inkişafı naminə sərf edən Heydər Əliyev Azərbaycanı dünyaya tanıdıb. Xalqımızın xoşbəxt, firavan gələcəyi üçün etibarlı bünövrə yaradaraq, dövlət idarəçilik mexanizmini formalaşdırıb.

Diqqətə çatdırılıb ki, təcrübəli dövlət xadimi olan Heydər Əliyev zamanın ən çətin və mürəkkəb sınaqlarından məharətlə keçərək böyük xilaskar rolunu oynayıb, bizim üçün bugünkü müstəqil Azərbaycanı yaradıb. Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamaqla dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib. Müasir müstəqil Azərbaycan dövlətinin tərəqqisi Heydər Əliyev ideyalarının təntənəsidir. Ulu Öndərin varisçilik ənənələrinə daim sadiq olan Prezident İlham Əliyev onun arzu və ideyalarını müvəffəqiyyətlə həyata keçirir. Heydər Əliyev uzaqgörənliyi ilə əsası qoyulmuş Azərbaycanın parlaq sabahı qaçılmazdır.

Videokonfransda çıxış edən Ağcabədi şəhər 5 nömrəli tam orta məktəbin direktor müavini Tərlan Məmmədova, Avşar kənd 2 nömrəli tam orta məktəbin müəllimi Vəsilə Hüseyinzadə, Xocavənd kənd 1 nömrəli tam orta məktəbin direktoru Zahir İbrahimov ulu öndər Heydər Əliyevin ölkəmiz və xalqımız üçün gördüyü işlərdən danışıblar. Bildirilib ki, Ulu Öndərin müəyyən etdiyi siyasi yolla inkişaf edən müstəqil Azərbaycan bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi altında daha böyük nailiyyətlər əldə edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.