İQTİSADİYYAT


Azərbaycanın energetika naziri BƏƏ-nin energetika və infrastruktur naziri ilə görüşüb

Bakı, 11 may, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə bu ölkənin energetika və infrastruktur naziri Suhail Mohamed Al Mazrouei arasında görüş olub.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir Pərviz Şahbazov Ümumdünya Kommunal Xidmətlər Konqresinin yüksək səviyyədə təşkilinə və dəvətə görə təşəkkürünü bildirib. Bu tədbirin qlobal enerji gündəliyində olan məsələlərlə yanaşı, ölkələrimiz arasında ikitərəfli enerji əməkdaşlığının müzakirəsi baxımından əhəmiyyətli olduğu qeyd edilib.

Görüşdə Azərbaycanda bərpaolunan enerji sahəsində planlaşdırılan investisiya layihələri, elektrik enerjisinin istehsalı və ixracı, həmçinin təbii qaz, enerji səmərəliliyi üzrə əməkdaşlıq imkanları müzakirə olunub. “Qaradağ” Günəş Elektrik Stansiyasının inşası iki ölkə arasında yüksək münasibətlərin töhfəsi və “yaşıl enerji” əməkdaşlığının başlanğıcı kimi qiymətləndirilib. Bu əməkdaşlığın inkişafına BƏƏ-nin marağı və dəstəyi bir daha ifadə edilib.

Söhbət zamanı qlobal enerji bazarlarındakı cari vəziyyətə və “OPEC+” formatında əməkdaşlıqdan irəli gələn məsələlərə də toxunulub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.