İQTİSADİYYAT


Azərbaycanın energetika naziri OPEC+ ölkələri nazirlərinin V iclasında iştirak edəcək

Bakı, 4 dekabr, AZƏRTAC

Azərbaycanın energetika naziri OPEC+ ölkələri nazirlərinin V iclasında iştirak edəcək.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Sanusi Barkindonun dəvəti ilə energetika naziri Pərviz Şahbazov dekabrın 4-7-də Avstriyanın paytaxtı Vyanada səfərdə olacaq. Nazir OPEC-ə üzv və kartelə daxil olmayan ölkələrin Nazirlərinin Birgə Monitorinq Komitəsinin XII iclasında iştirak edəcək.

Nazir dekabrın 7-də isə OPEC Nazirlər Şurasının 175-ci iclası çərçivəsində OPEC və qeyri-OPEC nazirlərinin V görüşünə qatılacaq.

Səfər zamanı bir sıra ikitərəfli görüşlər də planlaşdırılır.

Azərbaycan dünya neft bazarında tarazlığın və neftin qiymətinin sabitləşdirilməsi məqsədilə aparılan məsləhətləşmələrdə ilk vaxtlardan yaxından iştirakını davam etdirməkdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.