İQTİSADİYYAT


Azərbaycanın energetika naziri Rusiyada səfərdədir

Bakı, 2 oktyabr, AZƏRTAC

Energetika naziri Pərviz Şahbazov Rusiya Federasiyasının energetika naziri Aleksandr Novakın dəvəti ilə “Rusiya enerji həftəsi” adlı Beynəlxalq Forumda iştirak üçün Moskvaya səfər edib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazirin oktyabrın 3-də “Rusiya enerji həftəsi”ndə “Energetikanın tənzimlənməsində effektivlik: ölkələrin ümumi və fərqli yanaşmaları“ mövzusunda çıxışı nəzərdə tutulub.

Oktyabrın 3-7-də keçiriləcək tədbirdə Rusiya Prezidenti Vladimir Putinlə yanaşı, bir çox ölkələrin yüksək səviyyəli hökumət nümayəndələri, yerli və beynəlxalq enerji şirkətlərinin rəsmiləri iştirak edəcək.

Pərviz Şahbazov ,həmçinin “Simens” şirkətinin “Rusiya enerji həftəsi”ndə təşkil olunan “Enerji sisteminin gələcəyi” adlı tədbirinə də qatılacaq.

Qeyd edək ki, Azərbaycanla Rusiya arasında energetika, neft-qaz sahələrində sıx əlaqələr mövcuddur və bu əməkdaşlıq yeni layihələrlə möhkəmləndirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.