İQTİSADİYYAT


Azərbaycanın energetika naziri Vyanada bir sıra görüşlər keçirib

Bakı, 24 iyun, AZƏRTAC

Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin dördüncü görüşü çərçivəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazov Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri, OPEC konfransının prezidenti Suhail Mohamed Al Mazrouei ilə görüşüb.

Energetika Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə qlobal neft bazarının sabitliyi ilə bağlı OPEC+ çərçivəsində görülən tədbirlər, qəbul edilən yeni qərar və Azərbaycan-OPEC əməkdaşlığı ətrafında müzakirələr aparılıb. Eləcə də Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında bərpa olunan enerji mənbələri sahəsində mümkün əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Pərviz Şahbazovun İraqın neft naziri Cabbar Əli əl-Layibi ilə də görüşü olub. Görüşdə dünya neft bazarının inkişaf tendensiyaları ilə yanaşı iki ölkə arasında enerji əməkdaşlığının mövcud vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb. İraqın neft naziri yaxın vaxtlarda Azərbaycana səfər edərək neft sektorunun inkişafı ilə yaxından tanış olmaq istəyini ifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.