İQTİSADİYYAT


Azərbaycanın enerji bazarında islahatların aparılması sahəsində Britaniya ilə əməkdaşlığa dair müzakirələr aparılıb

Bakı, 17 noyabr, AZƏRTAC

Azərbaycanın enerji bazarında islahatların aparılması sahəsində Britaniya ilə əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.

Enerji Məsələlərini Tənzimləmə Agentliyindən (AERA) AZƏRTAC-a bildirilib ki, AERA-nın idarə heyətinin sədri Samir Axundov və qurumun digər nümayəndələri Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfirliyinin beynəlxalq ticarət departamentinin Azərbaycan üzrə direktoru və enerji məsələləri üzrə regional rəhbəri Joel Derbyshire ilə görüşüblər. Görüşdə S.Axundov agentliyin fəaliyyəti barədə ətraflı məlumat verib, bir sıra beynəlxalq qurumlarla uğurlu əməkdaşlıq əlaqələrindən danışıb, enerji bazarında islahatların həyata keçirilməsində beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyətini qeyd edib.

Eyni zamanda, görüş zamanı Azərbaycanın enerji bazarında islahatların aparılması sahəsində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.