Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycanın enerji sahəsində müəyyən etdiyi siyasət düzgün gələcəyə hədəflənib

Azərbaycanın enerji sahəsində müəyyən etdiyi siyasət düzgün gələcəyə hədəflənib

Bakı, 2 fevral, AZƏRTAC

Bu gün dünya dövlətləri postpandemiya dövrü, habelə mövcud iqtisadi-siyasi kataklizmlərin fonunda artıq yeni sistemin üzərində qərarlaşmanı əsas hədəf olaraq qarşılarına məqsəd qoyurlar. Azərbaycan da öz növbəsində yeni formalaşan qlobal düzəndə yerini daha da möhkəmləndirmək üçün beynəlxalq təşkilatlarla, eləcə də dünya dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı dərinləşdirmək, o cümlədən dərin hörmətə əsaslanan münasibətlər çərçivəsində malik olduğu mövcud potensialın qarşılıqlı maraq əsasında istifadə olunması istiqamətində uğurlu xarici siyasət yürüdür. Prezident İlham Əliyevin istər görüşlərdə, çıxışlarında, istərsə də müsahibələrində dəfələrlə vurğuladığı kimi, ölkəmiz bu gün yeni çağırışların artıq bir çoxuna hazırdır.

Azərbaycan 2020-ci ildə İkinci Qarabağ – Vətən müharibəsi nəticəsində işğal altında olan torpaqlarını azad etdikdən sonra regionda yeni reallıqlar yaratdı və bu gün ölkəmiz nəinki Cənubi Qafqazın lider dövləti, lokomotivi olaraq qəbul olunur, eyni zamanda, enerji resurslarının istehsalı və tranziti sahəsində əhəmiyyətli regional hab mərkəzinə çevrilir.

Bu fikirləri Milli Məclisin deputatı Məzahir Əfəndiyev AZƏRTAC-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, ölkəmiz regionda sülhün bərqərar olması üçün bütün imkanları nəzərdən keçirir və xalqlar arasında iqtisadi, mədəni, siyasi, diplomatik əlaqələrin dərinləşməsini, insanların daha yaxşı, rifah içində yaşaması üçün yeni qərarların qəbul olunmasında əzmkarlıq nümayiş etdirir.

Ötən ilin əvvəllərindən etibarən Rusiya-Ukrayna münasibətlərinin gərgin olaraq qalması, habelə Avropanın bu günə qədər ən böyük qaz təchizatçısı olan Rusiyaya ABŞ və qərb dövlətləri tərəfindən tətbiq edilən sanksiyalar nəticəsində dünyada, xüsusilə də Avropa qitəsində enerji təchizatı və təhlükəsizliyi bugünkü günün reallıqlarında vacib məsələyə çevrilmişdir. Məhz 2022-ci ildən başlayaraq Azərbaycan Prezidenti bu sahəni həm regionda, həm də dünyada sülhün əldə olunmasında yeni siyasi istiqamət kimi çox böyük məharətlə istifadə edir.

“1994-cü ildə imzalanmış Əsrin Müqaviləsini mükəmməl icra etmiş Azərbaycan bütün tərəfdaş dövlətlərin, habelə iştirakçı beynəlxalq konsorsiumların etibarını qazanmış, son bir ildə isə bir sıra vacib meqa layihələrə imza ataraq Avropada enerji təhlükəsizliyinin təmin edilməsində yaxından iştirak edir.

Azərbaycan artıq yaşıl iqtisadiyyatın təşviqi və yaşıl enerjinin istehsalı sahəsində də vacib layihələrin həyata keçirilməsinə başlamışdır. Bu baxımdan ölkədə neft və qazdan əlavə istehsal olunan alternativ enerjinin Avropaya nəql olunması istiqamətində dost dövlətlər mövcud əlaqələrin daha da dərinləşməsinə böyük maraq nümayiş etdirirlər”, - deyə deputat vurğulayıb.

“Ötən il oktyabrın 1-də Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində Prezident İlham Əliyevin iştirakı, habelə 17 dekabr tarixində Rumıniyanın paytaxtı Buxarest şəhərinə səfəri, “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması Avropa qitəsinin enerji təhlükəsizliyini daha dolğun və əhatəli şəkildə təmin etməklə Azərbaycanın Avropa İttifaqı üçün etibarlı tərəfdaşa çevrildiyini bir daha sübut etdi.

Prezident İlham Əliyevin cari il yanvarın 30-da Macarıstana səfəri – Azərbaycan-Macarıstan, eləcə də Azərbaycan-Avropa İttifaqı münasibətlərinin qarşılıqlı hörmət və etibarlı əməkdaşlıq fonunda enerji təhlükəsizliyinin, cəmiyyətlərimizin inteqrasiyası, xalqlararası dialoqun möhkəmləndirilməsini nəzərdə tutan daha bir əhəmiyyətli səfərlərindən idi”, - deyə Məzahir Əfəndiyev diqqətə çatdırıb.

O qeyd edib ki, səfər çərçivəsində Azərbaycan Respublikası ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, eyni zamanda, mədəniyyət, turizm, iqtisadiyyat, kənd təsərrüfatı, miqrasiya, nəqliyyat sahələrini əhatə edən memorandumlar imzalandı.

Səfərin diqqətəlayiq digər bir məqamı vaxtilə tarixə qovuşmuş sayılan NABUKKO layihəsinin canlandırılması və artıq fevral ayının 3-də Azərbaycanda bu istiqamətdə rəsmi görüşlərin davam etdirilməsidir. Burada Macarıstan nəinki Azərbaycan qazının istehlakçısına çevriləcək, eyni zamanda, digər Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərəcək. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Artıq interkonnektorlar vasitəsilə Azərbaycan qazı Bolqarıstana, ondan sonra Rumıniyaya, ondan sonra Macarıstana və Macarıstandan sonra digər Avropa ölkələrinə çatdırılacaqdır”.

“Azərbaycanın həm dost ölkələrlə qurduğu ikitərəfli iqtisadi-siyasi münasibətlər, həm də təmsil olunduğu beynəlxalq təşkilatlar çərçivəsində nümayiş etdirdiyi əzmkarlıq, həmrəylik, müttəfiqlik istər ölkəmiz, region, istərsə də bütünlükdə Avrasiya qitəsi üçün əhəmiyyətə malikdir.

Əminliklə deyə bilərik ki, bu gün Prezident İlham Əliyevin enerji və nəqliyyat sahələrində müəyyən etdiyi siyasət düzgün gələcəyə hədəflənir, xüsusilə Avropa İttifaqı ilə siyasi, mədəni, humanitar sahələrdə də əlaqələrin dərinləşəcəyini göstərir.

Beləliklə, Azərbaycanın hər bir platformada əldə etdiyi iqtisadi və siyasi qələbələr yalnız sülhə, əmin-amanlığa, davamlı inkişafa və dünya enerji təhlükəsizliyinin təmin olunmasına köklənmişdir”, - deyə Məzahir Əfəndiyev bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır

“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi - seminar

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb

Kukla Teatrı aprel repertuarını açıqlayıb

“Qarabağ”ın qapıçısı Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib

35 ailədən ibarət növbəti köç karvanı Füzuliyə çatıb

Qubada 3-cü “Aqrobiznesin İnkişafı Forumu” keçirilir

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

Bərdədə “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forum keçirilir

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb VİDEO

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub VİDEO

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb VİDEO

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub VİDEO

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb VİDEO

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var VİDEO

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir