İQTİSADİYYAT


Azərbaycanın enerji sektorunda bazar islahatlarına dair seminar təşkil edilib

Bakı, 25 noyabr, AZƏRTAC

Elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinin tətbiqi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, Azərbaycanda enerji sektorunda bazar islahatları, Dünya Bankının bu prosesə dəstəyinin əhatə dairəsinin və növbəti addımların müəyyənləşdirilməsi məqsədilə 2 günlük seminar təşkil olunub.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazirlik, Özbəkistanın Energetika Nazirliyi, Türkiyənin Energetika və Təbii Ehtiyatlar Nazirliyinin əməkdaşları, Peru və Rumıniyadan olan ekspertlər, həmçinin Dünya Bankı Qrupunun mütəxəssislərinin iştirakı ilə baş tutmuş seminarda energetika nazirinin müavini Elnur Soltanov və Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus açılış nitqi ilə çıxış ediblər.

Seminarın birinci günündə Azərbaycanda enerji sektoru üzrə planlaşdırılan islahatlar, liberal bazar münasibətlərinə keçid, bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və enerji səmərəliliyi sahəsində görülmüş işlər, qarşıya qoyulmuş hədəflərə dair təqdimat nümayiş olunub, seminar iştirakçıları tərəfindən ünvanlanmış çoxsaylı suallar cavablandırılıb. Eyni zamanda, Avropa, Mərkəzi Asiya, Cənubi Amerika ölkələrində energetika sektorunda islahatlar və liberallaşmış bazarlarda bərpaolunan enerji mənbələrinin payının genişləndirilməsi, sahənin inkişafına özəl investorların cəlb edilməsi üzrə beynəlxalq təcrübədən nümunələr nəzərdən keçirilib.

Seminarın ikinci günündə Özbəkistan, İspaniya, Rumıniya və Peru tərəfindən aparılan islahat proseslərinin nümunələri əhatəli şəkildə təqdim olunub, dəyirmi masa müzakirəsinə çıxarılıb. Həmçinin dünyada liberal bazar münasibətləri çərçivəsində fəaliyyət göstərən enerji bazarlarında bərpaolunan enerjidən istifadənin genişləndirilməsi və bu tendensiyanın bazara təsiri ilə bağlı təcrübələr təhlil edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.