Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın enerji strategiyası uzaqgörənlik, effektiv qərar qəbuletmə və koordinasiyalı fəaliyyət planı üzrə uğurla icra olunur

Azərbaycanın enerji strategiyası uzaqgörənlik, effektiv qərar qəbuletmə və koordinasiyalı fəaliyyət planı üzrə uğurla icra olunur

Bakı, 22 yanvar, AZƏRTAC

Müasir dünyamızda enerji siyasəti siyasi müstəqillik və milli təhlükəsizlik baxımından olduqca böyük önəm daşıyan məsələlər kimi xarakterizə olunur. Mövcud reallıqlar göstərir ki, enerji XXI əsrin əsas determinatoru qismində çıxış edir. Bu determinatorun lokomotivi isə neft və qazdır. Xarici siyasətə enerji təhlükəsizliyi amili prizmasından yanaşdıqda enerji dünyada davamlı inkişaf üçün əsas element, çağdaş beynəlxalq münasibətlərdə isə əsas amillərdən biridir. Müasir dünyada enerji istehlakının kəskin şəkildə artması ilə enerji mənbələrinin əldə edilməsi dövlətlərin əsas siyasi məqsədlərinə və hədəflərinə çevrilməkdədir. Çünki geniş enerji mənbələri ölkələrin iqtisadiyyatına, onların dirçəldilməsinə, inkişafına töhfə verirsə, ölkədəki enerji qaynaqlarının azlığı onları enerji baxımından zəngin ölkələrdən asılı vəziyyətə gətirir. Bu baxımdan dəyərləndirilikdə ölkəmiz birinci kateqoriyada qərarlaşmaqdadır. Azərbaycan zəngin enerji ehtiyatlarına, inkişaf etmiş yanacaq, enerji infrastrukturuna və sisteminə malik ölkədir. Eyni zamanda, tərəfdaş çıxdığı layihələr çərçivəsində götürdüyü öhdəlikləri vaxtında icra etməsi Azərbaycanı istər regionda, istərsə də dünyada beynəlxalq münasibətlər sisteminin etibarlı tərəfdaşı kimi tanıdıb. Bütün bu amillər onun qlobal, regional, geosiyasi və geoiqtisadi mövqeyinə olduqca mühüm təsir göstərir ki, həm region, həm də digər dünya aktorları Azərbaycanla münasibətlərinə xüsusi diqqət yetirirlər.

Bu fikirləri AZƏRTAC-a politoloq Şəbnəm Həsənova bildirib.

Politoloq qeyd edib ki, Azərbaycanda neft sənayesinin tərəqqisi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi 1970-1980-ci illər Xəzər dənizində yeni yataqların kəşf olunması, ölkəmizin neft emalı, neft-kimya sənayesinin yenidən qurulması və müasirləşdirilməsində dönüş mərhələsi kimi xarakterizə olunur. Əgər 1970-ci illərə qədər Xəzər dənizində istifadə olunan texniki vasitələr yalnız dənizin dərinlikləri 40 metrə qədər olan sahələrdə işləməyə imkan verirdisə, 1970-1980-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə respublikaya dəniz yataqlarının işlənilməsi üçün qazma qurğuları, borudüzən gəmilər, 2500 ton yük qaldıra bilən "Azərbaycan" kran gəmisi, geofiziki kəşfiyyat işləri aparan gəmilər və digər yeni müasir avadanlıqlar və texniki vasitələr gətirilmişdir. 1970-ci ildə “Xəzərdənizneft” İstehsalat Birliyi yarandı və SSRİ Neft Sənayesi Nazirliyi Xəzərin bütün sektorlarında geoloji-kəşfiyyat, qazma, işlənmə, istismar və digər işlərin aparılmasını Azərbaycan neftçilərinə həvalə etdi.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bütün uğurlu enerji layihələrimizin təməlində birbaşa ümummilli lider Heydər Əliyevin şəxsi keyfiyyətləri və siyasi uzaqgörənliyi nəticəsində baş tutan, 1994-cü il sentyabrın 20-də Bakı şəhərində imzalanan, tarixə “Əsrin müqaviləsi” kimi daxil olmuş, Xəzər dənizində neft yataqlarının işlənilməsi və hasilatın pay bölgüsü haqqında müqavilə dayanır. Bu, Azərbaycanın enerji siyasətinin əsas ana sütununu təşkil edir. Müqavilə imzalandığı dövrdə - 1994-cü ildə Azərbaycan praktiki olaraq siyasi və iqtisadi blokada vəziyyətində idi. Bu çətin vəziyyətdə ulu öndər Heydər Əliyev yeddi ölkədən on bir xarici neft şirkətini inandırmağa müvəffəq oldu ki, yenicə müstəqillik əldə etmiş gənc bir dövlətə sərmayə qoysunlar. Tarixdə ilk dəfə olaraq xarici şirkətlər Xəzərdəki neft və qaz yataqlarının işlənilməsində iştirak etməyə başladılar. “Əsrin müqaviləsi” Azərbaycanın dünyaya açıq ölkə olduğunu nümayiş etdirdi. Bu müddətdə Azərbaycanın yeni neft strategiyası və onun doktrinası uğurla başladı. Azərbaycan Heydər Əliyevin cəsarəti və müdrikliyi sayəsində dünyada özünü təsdiq edə bildi.

Bununla yanaşı, enerji təhlükəsizliyi regional tarazlıqlara və tarixi dostluq münasibətlərinə də böyük təsir göstərmək imkanlarına malikdir. Məsələn karbohidrogen ehtiyatlarının əksəriyyətinin yerləşdiyi ölkələr əsasən öz xarici siyasətlərində digər enerji güclərinin gələcəyini təhlükə altına salmaq və qütbləşməyə doğru aparmaq kimi bir xətti əsas tuturlar ki, Azərbaycan bu siyasi xətdən tamamilə uzaqdır. Həm də geniş enerji mənbələrinə sahib olmaq həmişə güclü olmağın və enerji gücü olmağın göstəricisi deyil. Müxtəlif ölkələrin enerji siyasətlərini təhlil edərkən onların iqtisadi və siyasi dividentlərinin eyni olmadığını görürük. Bəzi enerji baxımından zəngin ölkələr enerji qaynaqlarını yalnız mənfəət əldə etmək üçün satır, bəziləri də siyasi maraqlarını qarşılamağa, daxili və hətta lazım gəldikdə xarici enerji infrastrukturunu inkişaf etdirməyə, ölkələrinə investisiya cəlb etməyə, bəzi qonşu ölkələrə qarşı siyasi təsir gücünü qazanmağa çalışır və s. O zaman “enerji ilə siyasət ayrılanda uğur əldə edilə bilər” tezisini əsas tutsaq Prezident İlham Əliyev də öz çıxışlarında dəfələrlə qeyd edib ki, Azərbaycan təşəbbüskarı və tərəfdaşı qismində çıxış etdiyi enerji layihələrində enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi və azad rəqabəti öz siyasi xəttində əsas tutur, istehsalçı, istehlakçı və tranzit dövlətlər arasında balans yaratmağa çalışır və enerjini siyasi alət kimi istifadə etmir. Bu mühüm faktları əsas götürərək Azərbaycan Respublikası hər zaman Xəzər dənizində dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq və sabitlik mühitinin formalaşdırılması üzrə səylər göstərmişdir və Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üçün ilk təşəbbüs göstərən ölkələrdən biri kimi çıxış etmişdir. Azərbaycanın atdığı addımlar Xəzər dənizində bölgü məsələləri üzrə bütün sahilyanı ölkələrin mövqelərinin yaxınlaşdırılmasına və ümumi konsensusun əldə edilməsinə xidmət etmişdir. Xəzər dənizində bölgü məsələləri üzrə sahilyanı ölkələr arasında dialoq üçün həm ikitərəfli, həm də çoxtərəfli formatlara üstünlük verilmişdir. Müəyyən zaman çərçivələrində Azərbaycanın ayrılıqda Qazaxıstan və Rusiya ilə ikitərəfli və üçtərəfli formatda birlikdə bu ölkələrin hamısı arasında Xəzər dənizinin dibinin bölünməsi üzrə müvafiq razılaşmalar əldə olunmuşdur. Bu isə mahiyyət etibarilə bütün sahilyanı ölkələr arasında Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi üzrə beştərəfli formatda aparılan prosesə güclü təkan vermişdir. Eyni zamanda, Xəzər dənizinin hüquqi statusu üzrə ümumi razılaşma əldə olunmuşdur ki, bu da göstərir ki, Azərbaycanın Xəzər dənizi üzrə sərgilədiyi strategiya məqsədyönlü və əsaslıdır.

Azərbaycanla Türkmənistan arasında yüksək səviyyədə əldə olunmuş razılaşmaya əsasən 21 yanvar 2021-ci il tarixində Aşqabad şəhərində Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalanmışdır ki, bu, olduqca mühüm əhəmiyyətli bir tarixi hadisə olmaqla yanaşı, həm də Azərbaycanın neft-qaz strategiyasının inkişafında böyük əhəmiyyətə malikdir. Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı və zəngin neft-qaz ehtiyatlarının olduğu “Dostluq” yatağı iki ölkənin dəniz sərhədində yerləşir. Yataq SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən 4 kilometr dərinliyindəki layda kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb. Xəzər dənizində geologiya-kəşfiyyat işlərinin aparılması, yeni yataqların aşkarlanması bilavasitə Azərbaycan neftçilərinin, geoloqlarının adı ilə bağlıdır. Xoşbəxt Yusifzadə, Qurban Abbasov, Bəhmən Hacıyev və digər neftçilərimizin bu işlərdə olduqca böyük əməyi var. “Dostluq” yatağı Azərbaycan neftçiləri tərəfindən kəşf olunsa da, Azərbaycanla Türkmənistanın dənizdəki sərhədində yerləşdiyinə görə uzun illər onun işlənilməsi mümkün olmayıb və məsələ ilə bağlı ardıcıl danışıqlar aparılıb. Dövlət başçıları arasında ardıcıl təmaslar, qarşılıqlı səfərlər iki dost ölkə arasında bütün məsələlərin hər iki tərəf üçün qənaətbəxş səviyyədə həlli üçün etibarlı zəmin yaradıb. Bu baxımdan da razılaşmanın əldə edilməsi, eyni zamanda, Xəzər dənizinin sülh, mehriban qonşuluq və dostluq dənizi olmasını möhkəmləndirir və Xəzər dənizində əməkdaşlıq və qarşılıq etimad mühitinin gücləndirilməsinə töhfə verir. 2021-ci ildə Türkmənistanın təşəbbüsü ilə keçiriləcək Xəzəryanı dövlətlərin dövlət başçılarının növbəti Zivə toplantısı ərəfəsində bu memorandumun imzalanması Xəzəryanı dövlətlər arasında əməkdaşlığı daha da genişləndirəcək.

Şəbnəm Həsənova bildirib ki, yatağın “Dostluq” adlandırılması təsadüfi xarakter daşımır. Bu, iki ölkə arasında dostluğun, qardaşlığın, qarşılıqlı əlaqələrin həm də tarixi etnik-dini ənənələrə söykənməsinin bariz nümunəsidir. Sözügedən sənədin imzalanması sübut edir ki, Xəzər dənizində bütün məsələlər dialoq və əməkdaşlıq mühitində həll oluna bilər. Sənəd, eyni zamanda, iki ölkə arasında energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın yeni mərhələyə qaldırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu gün dünyanın bir çox yerində qeyri-sabitlik, terrorizm və inhisarçılıq enerji təhlükəsizliyinə böyük təhlükə yaradır. Enerji mənbələrinin varlığını hökumət üçün siyasi bir vasitə kimi qəbul edirlər ki, bu da klassik bir yanaşmadır. Belə ki, uzunmüddətli təhlillər göstərir ki, köhnə “enerji mənbələri siyasi bir vasitədir” fərziyyəsi artıq geridə qalır və yeni “enerji resurslarının rasional idarə edilməsi siyasi bir vasitədir” ifadəsi daha düzgün hesab edilir ki, Azərbaycan da klassik yox, müasir dövrün tələblərinə uyğun olaraq ikinci yanaşmanı əsas tutur. Bu konstruktiv xətti əsas tutaraq əminliklə deyə bilərik ki, sənəd, həmçinin Xəzər dənizinin dibinin bölünməsi üzrə dialoqun və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. Burada əsas götürülməli bir məsələ də odur ki, ölkə nə qədər enerji mənbəyinə sahib olsa da yaxşı qərar qəbuletmə və koordinasiyalı şəkildə qurulmuş enerji siyasəti yoxdursa bunların heç birinə nail ola bilməzsiniz. Bu baxımdan da əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın enerji strategiyası uzaqgörənlik, effektiv qərar qəbuletmə və koordinasiyalı fəaliyyət planı üzrə Prezident İlham Əliyev tərəfindən uğurla icra olunur.

Prezident İlham Əliyev Azərbaycanın neft-qaz hasilatı, nəqli, ölkəmizin enerji potensialının daha da yüksəldilməsi istiqamətində yeniliklərin olacağını anons etmişdi. Nəzərə alsaq ki, bu layihə də çox böyük beynəlxalq və regional əhəmiyyətə malikdir, o zaman sözügedən sənəd Xəzər dənizi regionunda enerji və nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsinə və xarici investorların bu layihələrə cəlb edilməsinə, Azərbaycanın nəqliyyat-tranzit potensialının möhkəmlənməsinə yeni imkanlar yaradır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

HƏMAS-la İsrail arasında danışıqlarda uzunmüddətli atəşkəs təklifi irəli sürülüb

Ağdərə sakini: Doğma torpaqlarımızın havası, suyu üçün o qədər darıxmışam ki…

Keçmiş məcburi köçkün: Bu gün yurd həsrətimiz sona çatır

Bərdə sakini suvarma kanalında boğularaq ölüb

Qax Damazlıq İpəkçilik Stansiyasında 4710 qutu ipəkqurdu toxumu inkubasiyaya qoyulacaq

BDU-nun tələbəsi intellektual marafonda “Ən rəqabətçi oyunçu” seçilib

Böyük Qayıdış: Ağdərənin Həsənriz kəndinə daha 20 ailə yola salınıb

FHN Tərtərdə yanğın təhlükəli müəssisənin fəaliyyətini dayandırıb

Milli Müdafiə Universiteti “Açıq qapı” günü keçirəcək

Azərbaycan Kuboku: “Qarabağ” və “Neftçi”nin oyunlarına hakim təyinatları açıqlanıb

Mütəxəssis: Uşaqların müəyyən yeməklərə qarşı istəksizliyi inkişafın təbii mərhələsidir

Aqrar Xidmətlər Agentliyinin sədri ADAU-nun tələbələri ilə görüşüb

UNEC tələbəsinin komandası Beynəlxalq Robot Olimpiadasında birinci yerə layiq görülüb

Həmkarlar İttifaqları Konfederasiyasının Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzi fəaliyyətə başlayıb

Görkəmli rəssam Mirzə Qədim İrəvaninin irsi Bişkekdə sərgidə təqdim olunur

NBA: Detroit və Los-Anceles klubları seriyada hesabı bərabərləşdiriblər

NİİM paytaxtda təmir işləri aparılan və hərəkətə məhdudiyyət qoyulan yolların siyahısını açıqlayıb

“Məzunların məşğulluq reytinqi” platforması Sinqapurda keçirilən müsabiqədə qalib seçilib

Leyla Əliyeva Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibinin xanımı ilə görüşüb

Pedaqoji Universitetin tələbələri Avrasiya Robot Olimpiadasında qalib olublar

“France 2”nin sənədli filmi Fransa hökumətinin Azərbaycanla bağlı iddialarını heçə endirib MÜSAHİBƏ

Professor Kamran İmanov: Azərbaycan qalib dövlət olmasına baxmayaraq, Ermənistan ilə sülh sazişi bağlamağın təşəbbüskarıdır

Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilir

Görkəmli rəssam Zurab Sereteli vəfat edib

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Bişkekdə Azərbaycan Mədəniyyəti Günlərinin qala konserti olub

DİN: Ötən gün ölkədə 51 cinayətin açılması təmin olunub

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir YENİLƏNƏCƏK

Yaz mövsümü ilə əlaqədar müşahidə olunan qrip və respirator virus infeksiyaları təbii haldır

Türkiyənin maliyyə naziri Nyu-Yorkda ABŞ investorları ilə görüşüb

Pakistanda avtomobil qəzası nəticəsində 16 nəfər həlak olub

Ötən sutka ilə müqayisədə bəzi çaylarda sululuq artıb

ADAU-da “Əczaçılıq 2030: qlobal çağırışlar, müasir yanaşmalar” adlı elmi-praktiki seminar keçirilib

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə keçirdiyi tədbirlər erməni saxtakarlığının ifşa edilməsində mühüm rol oynayacaq

Bu gün kişi voleybolçular arasında Yüksək Liqada ilk final matçı keçiriləcək

Ədliyyə Nazirliyi yanında İctimai şuranın 7 nəfərdən ibarət yeni tərkibi seçilib

Boks üzrə kadetlər arasında zona birinciliyinin final mərhələsi start götürəcək

“Səyyar DOST” xidməti üçün növbə götürmə sistemi elektronlaşıb

Dünya bazarında qızılın bahalaşması davam edir

Ötən gün vətəndaşların bank kartlarından 31 min 340 manat oğurlanıb

Dünya birjalarında neft bahalaşıb

Xəzərin cənub-qərb sahilində quşların trofik və biotopik əlaqələrinə dair tədqiqatlar aparılır

Azərbaycanın cüdo üzrə olimpiya çempionu Avropa çempionatını buraxacaq

Kamran İmanov: Konfransın keçirilməsində məqsədimiz hay-erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa etməkdir

ATƏT-in Baş katibi Gürcüstana səfərə gəlib

Əqli Mülkiyyət Agentliyi aprel ayında üç beynəlxalq tədbirdə fəal iştirak edib

Gürcüstanın ali təhsil müəssisələrində gürcü dilini öyrənmək məcburi olacaq

Kamran İmanov: Dünya üzrə verilən patentlərin üçdəbir hissəsi rəqəmsal texnologiyalara aiddir

AZAL-dan yeni istiqamət: İyundan Şımkentə birbaşa uçuşlar başlayacaq

“Mənim müəllimim təbiətin özüdür!”, - deyən görkəmli rəssam

Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistan Rəssamlıq Akademiyası arasında əməkdaşlığa dair memorandum imzalanıb

Alsheymer risk faktorlarının idrak funksiyasına erkən təsiri aşkarlanıb

® Azərbaycanda tullantı sularının təmizlənməsi sahəsində mühüm yeniliyə imza atılıb

Əlcəzairdə nəsli kəsilmiş sayılan “Amyas” hepardı yenidən görünüb

COP29-un ən mühüm nailiyyətlərindən biri Azərbaycanın iqlim məsələlərinin planetar miqyasda həllinə sadiqliyinin nümayişidir – MÜSAHİBƏ

Bu gün Beynəlxalq Yer Günü kimi qeyd olunur

Bakıda bir sıra yollarda sıxlıq müşahidə olunur - SİYAHI

Türkiyənin “Biznes diplomatiyası” jurnalında Azərbaycanın iqtisadi imkanları barədə məqalə dərc edilib

Azərbaycanın görkəmli qiraət ustası - Həsən Əbluc

Çində dünyanın ən böyük amfibiya təyyarəsi istifadəyə verilib

Londonda “dördlər” formatında Ukrayna-Rusiya münaqişəsinin tənzimlənməsi müzakirə ediləcək

Fransada idarədən bir milyon avroluq xərçəng dərmanı oğurlanıb

Xərçəng hüceyrələrinin aşkarlanmasının qeyri-adi üsulu tapılıb

Astanada QR kodlar tətbiq edilməklə ağacların pasportlaşdırılması aparılacaq

Misir Bakıdakı İƏT Əmək Mərkəzi ilə əməkdaşlıqda maraqlıdır

İsveçdə süni intellekt bir neçə peşənin mövcudluğu üçün təhlükə yaradır

BƏƏ yeni qanunvericiliyin hazırlanmasında süni intellektdən istifadə etməyi planlaşdırır

Tunisdə ABŞ-ın iştirakı ilə regionun ən böyük hərbi təlimləri başlayır

“Bayer Leverkuzen” rəhbərliyi Xabi Alonsodan klubda qalıb-qalmaması ilə bağlı qərar gözləyir

Ərdoğan: Türkiyə telekommunikasiya peykləri istehsal edən 11 ölkə arasında yer alır

 ABŞ-da daxili təhlükəsizlik üzrə katibin çantası oğurlanıb

Aygün Attar: Qərbi Azərbaycan həqiqətlərinin təbliği TADİV-in prioritet istiqamətlərindən biridir

Tramp Roma Papasının dəfnində iştirak edəcək

Ermənipərəst Bob Menendezin həyat yoldaşı da eyni maddələr üzrə təqsirli bilinib

 Almatıda yarımmarafon zamanı ölüm. Qazaxıstan qaçış qaydalarını sərtləşdirir

Çin-ABŞ tarif müharibəsi: Bu ölkələrin iqtisadiyyatına necə təsir göstərəcək – ŞƏRH

Ankarada Hadi Poyrazoğlu adına IV Beynəlxalq Teatrları Festivalı açılıb

Rəsmi Kiyev Krımın Rusiya ərazisi kimi tanınmasına dair yayılan xəbərlərə aydınlıq gətirib

Azərbaycan Pakistanda “Yaz festivalı-2025”də təmsil olunub

İğdırda erməni quldur dəstələrinin cinayətlərinin qurbanlarının xatirəsi anılıb

Azərbaycan Basketbol Liqası: “Sabah” və “Neftçi” yarımfinala vəsiqə qazanıb

“Xilasedici” voleybol komandası bürünc medala sahib olub

Sırski: Sumı vilayətinin sərhəd zonasında intensiv döyüşlər davam edir

Mədəniyyət naziri Bişkekdə qırğız həmkarı ilə görüşüb

İsrail Fransanın 27 parlamentarisinin girişinə qadağa qoyub

Kürdəmirdə yol-nəqliyyat hadisəsi avtomobillərin hərəkətini məhdudlaşdırıb

Naxçıvanda uşaqların təhsildən yayınmasının cari vəziyyəti müzakirə olunub

Arkadi Qukasyan Xocalı soyqırımına rəhbərlik edənlərin adlarını çəkdi: Serj Sarkisyan və Arkadi Ter-Tadevosyan VİDEO

Arkadi Qukasyan Xocalı soyqırımına rəhbərlik edənlərin adlarını çəkdi: Serj Sarkisyan və Arkadi Ter-Tadevosyan VİDEO

Prezident İlham Əliyev: Azərbaycan-Çin strateji tərəfdaşlığı yeni müsbət məzmunla zənginləşir

Azərbaycan Prezidenti: “Kəmər və yol” təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlığı genişləndiririk

Prezident: Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib

Prezident İlham Əliyev: Birgə Bəyannamə tarixi hadisədir və Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır

Azərbaycan Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib

Papa Fransiskin ölümü ilə əlaqədar ABŞ-da bayraqlar yarıya qədər endirilib

Azərbaycanlı dizayner İsgəndəriyyədə beynəlxalq münsiflər arasında yer alıb

Paytaxtın daha bir küçəsində xüsusi hərəkət zolağı təşkil edilib

Orta və kiçik sahibkarlığın inkişafında pərakəndə ticarətin rolu: Qlobal perspektiv və Azərbaycan təcrübəsi

Elm və təhsil naziri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

İkinci Dünya müharibəsi iştirakçılarına qayğının daha bir ifadəsi

Xəbərdarlıq: Aprelin 22-24-də hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir