SİYASƏT


Azərbaycanın əsas xəbərləri Rumıniya KİV-i tərəfindən işıqlandırılıb

Buxarest, 28 sentyabr, AZƏRTAC

Azərbaycanda baş verən və ölkəmizlə əlaqəli olan silsilə tədbirlər Rumıniyanın qabaqcıl KİV-i tərəfindən işıqlandırılıb. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyasında yüksəksəviyyəli ümumi müzakirələrdə çıxış etməsi, Rusiyanın “Nasionalnaya oborona” jurnalına verdiyi müsahibə, 27 Sentyabr - Anım Günü ilə əlaqədar xalqa müraciəti, ölkəmizdə Anım Gününün keçirilməsi ilə bağlı məlumatlar Rumıniyanın “News24hours”, “Ultima ora” qəzeti və onlayn nəşri, “Amos News” xəbər agentliyi tərəfindən yayımlanaraq rumın və dünya ictimaiyyətinə çatdırılıb. Məqalələrdə bütün yuxarıdakı tədbirlər barədə geniş məlumatlar AZƏRTAC-a istinadən rumın və ingilis dillərində yerləşdirilib. Azərbaycanın güclü lider ilə inkişafı və qalib ölkə üçün yeni mərhələnin başlandığı xüsusi qeyd olunub.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.