İDMAN


Azərbaycanın fiqurlu konkisürənləri dünya çempionatına vəsiqə qazanıblar

Azərbaycanın fiqurlu konkisürənləri dünya çempionatına vəsiqə qazanıblar

Bakı, 6 fevral, AZƏRTAC

Azərbaycanın fiqurlu konkisürənləri Edrienn Karhat və Aleksandr Kolosovski dünya çempionatına vəsiqə qazanıblar.

Azərbaycan Qış İdman Növləri Federasiyasından AZƏRTAC-a bildiriblər ki, buz üstündə rəqs növündə çıxış edən cütlük Almaniyanın Oberstdorf şəhərində keçirilmiş "Bavaria Open 2023" turnirində göstərdikləri nəticələrə əsasən mundiala lisenziya əldə ediblər. Onlar yarışı 145,34 xalla altıncı pillədə başa vurublar.

Samanta Ritter - Daniel Brikalov cütlüyü isə 145,30 xalla yeddinci olub. Buz üstündə rəqs növündə yeniyetmə cütlük Anna Obrien və Stiven Vey ritm rəqsi üzrə ilk çıxışlarını edərək 92,91 xalla 15-ci yerə sahib çıxıblar.

Turnirdə Azərbaycanı tək konkisürmədə təmsil edən yeniyetmə idmançı Səbinə Əliyeva yekun nəticədə 103,82 xal toplayaraq 19 iştirakçı arasında doqquzuncu yeri tutub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.