MƏDƏNİYYƏT


Azərbaycanın gənc rəssamlarının İsveçrədə sərgisi açılıb

Bakı, 15 oktyabr, AZƏRTAC

Azərbaycanın İsveçrədəki səfirliyinin və “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin birgə təşəbbüsü ilə Bern şəhərində ölkəmizin Müstəqillik gününə həsr olunmuş “Azərbaycanın gənc rəssamları İsveçrədə” adlı sərgi açılıb.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, 16 rəssamın 76 əsərinin nümayiş etdirildiyi sərginin açılışında Berndə akkreditə olunmuş diplomatik korpusun, İsveçrənin federativ və yerli hakimiyyət qurumlarının, elmi, siyasi, ictimai və işgüzar dairələrinin nümayəndələri, eləcə də bu ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər.

Tədbirdə Azərbaycanın İsveçrədəki səfiri Əkrəm Zeynallı çıxış edərək ölkələr və xalqlar arasında əlaqələrin inkişafında mədəni tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirib ki, müstəqilliyimizin bərpasından sonra dövlətimiz, xüsusilə də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu xalqımıza məxsus mədəni dəyərlərin təbliğində müstəsna rol oynayır.

Vurğulanıb ki, sərginin məqsədi Azərbaycanın gənc rəssamlarının istedadını nümayiş etdirmək, onların yaradıcılıq imkanlarının genişlənməsinə şərait yaratmaq və mədəniyyətlərarası dialoqun inteqrasiya üçün vacibliyini geniş ictimaiyyətə çatdırmaqdan ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.