İDMAN


Azərbaycanın gənclər və idman naziri Türk Şurasının baş katibi ilə görüşüb

Bakı, 27 sentyabr, AZƏRTAC

Gənclər və idman naziri Fərid Qayıbov İstanbulda Türk Şurasının mənzil-qərargahını ziyarət edib və baş katib Bağdad Əmriyevlə görüşüb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı Özbəkistanda keçirilmiş Türk Şurası gənclər və idman nazirlərinin beşinci iclasında qəbul edilmiş qərarların icrası müzakirə olunub. Gənclər və idman sahəsində əməkdaşlığı genişləndirməyin əhəmiyyətini vurğulayan nazir birgə layihələrin həyata keçirilməsinin önəmini qeyd edib.

Görüşdə Türk Şurası baş katibinin müavini Qismət Gözəlov, layihə əlaqələndiricisi Əli Çivilər, Gənclər və İdman Nazirliyinin sektor müdirləri Fuad Babayev və Kənan Kərimov iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.