ELM VƏ TƏHSİL
Azərbaycanın geoloq alimlərinin monoqrafiyası Rusiyada nəşr olunub
Bakı, 16 yanvar, AZƏRTAC
Akademiklər İbrahim Quliyev, Akif Əlizadə, Pərviz Məmmədov, Əkpər Feyzullayev, AMEA-nın müxbir üzvləri Dadaş Hüseynov və Elmira Əliyevanın həmmüəllifi olduğu “Azərbaycanın məhsuldar qatı” (“Produktivnaya tolşa Azerbaydjana”) monoqrafiyası Rusiyanın paytaxtı Moskvada çapdan çıxıb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, kitabda Azərbaycan geoloqlarının, eləcə də AMEA, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mütəxəssislərinin birgə elmi-tədqiqat işlərinin nəticələri əksini tapıb.
Yeni nəşr geoloqlar, karbohidrogen sahəsində çalışan mütəxəssislər, həmçinin ali təhsil müəssisələrinin müəllim və tələbələri üçün nəzərdə tutulub.