İDMAN


Azərbaycanın həndbol komandalarının avrokubok yarışlarındakı rəqibləri məlum olub

Bakı, 17 iyul, AZƏRTAC

Bu gün Avropa Həndbol Federasiyasının (EHF) ofisində həndbol üzrə avrokubok yarışlarının yeni mövsümünün püşkatma mərasimi keçirilib.

Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a bildirilib ki, püşkatmanın nəticəsinə görə, birinci mərhələdən mübarizəyə qoşulacaq qadın həndbolçulardan ibarət “Azərsu” kollektivi “EHF kuboku” uğrunda yarışlarda Polşanın “Metrako Zaqlebie Lubin” komandası ilə qarşılaşacaq. İlk mərhələnin oyunlarının sentyabrın 8-9-da, cavab matçlarının isə 15-16-da keçirilməsi nəzərdə tutulub.

Qadın həndbolçulardan ibarət digər təmsilçimiz “Azəryol” “Çağırış kuboku” uğrunda turnirdə yarışacaq. Həndbolçularımızın rəqibi Türkiyənin “Ankara Yeniməhəllə BSK” klubu olacaq. Turnirdə yarışlar üçüncü mərhələdən start götürəcək və ilk qarşılaşmalar noyabrın 10-11-də, cavab görüşləri isə 17-18-də keçiriləcək.

Kişilər arasında “Çağırış kuboku” uğrunda yarışlarda isə ölkəmizi “Bakı” həndbolçuları təmsil edəcəklər. Paytaxtın eyniadlı komandası Bosniya və Herseqovinanın “RK Borak” kollektivi ilə üz-üzə gələcək. Komandalar yarışda ikinci mərhələdən mübarizəyə başlayacaqlar. İlk görüşlərin oktyabrın 6-7-də, cavab oyunlarının isə 13-14-də keçirilməsi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.