İDMAN


Azərbaycanın həndbol komandalarının avrokubok yarışlarındakı rəqibləri müəyyənləşəcək

Bakı, 16 iyul, AZƏRTAC

İyulun 17-də Avropa Həndbol Federasiyasının (EHF) ofisində avrokubok yarışlarının yeni mövsümünün püşkü atılacaq.

Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, püşkatmadan sonra üç komandamızın rəqibi müəyyənləşəcək.

Qeyd edək ki, qadınlardan ibarət “Azərsu” kollektivi “EHF kuboku”, “Azəryol” komandası isə “Çağırış kuboku” uğrunda turnirdə mübarizə aparacaq. Kişilər arasında “Çağırış kuboku” uğrunda yarışlarda isə ölkəmizi “Bakı” həndbolçuları təmsil edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.