Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycanın hər bir çağırışı dünyada sülhə, təhlükəsizliyə xidmət edir

Azərbaycanın hər bir çağırışı dünyada sülhə, təhlükəsizliyə xidmət edir

Bakı, 18 mart, AZƏRTAC

Azərbaycan dünyaya düşünülmüş və gələcəyə hesablanmış siyasətini özündə ehtiva edən təkmil inkişaf modelini təqdim edir. Bu isə ölkəmizin iqtisadi, siyasi və humanitar mərkəzə çevrilməsində, nüfuzunun artmasında əhəmiyyətli rol oynayır. Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinin nəticəsidir ki, yeni dünya düzəninin formalaşması, yeni çağırışlara cavabların tapılması məhz ölkəmizdə müzakirə edilir. Ötən il IX Qlobal Bakı Forumunda “Qlobal dünya düzəninə təhdidlər” mövzusu müzakirə edildisə, X Qlobal Bakı Forumu yeni çağırışlara yaranan ehtiyacı açıqladı. “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusu ətrafında 61 ölkədən 360-dək nümayəndənin iştirakı ilə müzakirələr aparıldı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur. Bu, həmsədrlərin, bütün idarə heyətinin düşünülmüş və səmərəli fəaliyyətinin təzahürüdür. Dünya gündəliyinin aktual məsələlərinin Azərbaycanda müzakirə edilməsi ölkəmizin ortaya qoyduğu yanaşmaların, irəli sürdüyü çağırışların reallığı özündə əks etdirdiyini göstərir. Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən bəri keçirilən Qlobal Bakı Forumu beynəlxalq müzakirələr platforması statusunu qazanıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, keçirilən hər bir beynəlxalq tədbir Azərbaycanın malik olduğu imkanların, hadisələrə real yanaşmalarının təqdimatıdır. “Prezident İlham Əliyev Forumdakı çıxışında qlobal gündəliyin aktual məsələləri ilə bağlı Azərbaycanın mövqeyini və dayanıqlı sülhün təmin edilməsi ilə əlaqədar təcrübəsini diqqətə çatdırdı. Bildirildi ki, münaqişələrin həlli dinc və qeyri-dinc yolla olur. Azərbaycan Ermənistanla münaqişəni dinc yolla həll etməyə çalışdı. Baxmayaraq ki, Ermənistan tərəfindən işğal Azərbaycanda humanitar fəlakətə səbəb olmuşdur. İşğal nəticəsində bir milyondan artıq soydaşımız öz doğma yurd-yuvasından qaçqın və məcburi köçkün düşüb. Ermənistan münaqişəni dinc yolla həll etmək üçün erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadı və beynəlxalq hüquqa hörmətsizlik göstərdi. Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan keçmiş ATƏT-in Minsk qrupu 28 ildə hər hansı nəticəyə nail olmadı. Görünən o idi ki, onlar bu münaqişəni daimi dondurmaq istəyirdilər. Azərbaycan dövləti hər zaman ən yüksək tribunalardan bəyan edirdi ki, heç vaxt bu vəziyyətlə barışmayacaq. Azərbaycan özünümüdafiə hüququmuzdan, BMT-nin Xartiyasından, xüsusən də onun 51-ci maddəsindən istifadə edərək ərazilərimizi güc tətbiq etməklə azad etdi. Bu, bizim legitim hüququmuz idi”, - deyə deputat vurğulayıb.

Diqqətə çatdırılıb ki, Qlobal Bakı Forumu Azərbaycanın sülh gündəliyinin müəllifi kimi göstərdiyi səylərə, həmçinin Qoşulmama Hərəkatı müstəvisində yeni əməkdaşlıq təcrübəsinə diqqəti yönəltdi. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə atdığı hər bir addım təşkilatın dünya siyasətində yerinin və mövqeyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır. Azərbaycan koronavirus infeksiyasına qarşı mübarizədə qlobal təşəbbüsləri ilə bir-birinə əks qütbləri bir araya gətirdi. X Qlobal Bakı Forumunun mövzusu hazırkı dövrün aktual məsələlərinin nədən ibarət olduğunu bir daha açıqladı. Çağırışlar və ümidlər yeni reallıqların gələcək üçün nə vəd etdiyinə işıq salır. Hər dövrün öz tələbi, çağırışı vardır. Onların yaratdığı ümidlərin reallıqda əksini tapması üçün birgə səylərin göstərilməsi vacibdir.

Dövlətimizin başçısı İlham Əliyevin çıxışında bütün dövrlər üçün aktuallığını qoruyan enerji təhlükəsizliyindən də danışdığını qeyd edən M.Həsənov diqqətə çatdırıb ki, ümumilikdə Azərbaycanın hər bir çağırışı dünyada sülhə, təhlükəsizliyə, əməkdaşlığa xidmət edir. X Qlobal Bakı Forumunda aparılan müzakirələr bir daha təsdiqlədi ki, Azərbaycanın irəli sürdüyü çağırışların gələcəyi ilə bağlı böyük ümidləri vardır. Bu gün sülh çağırışı əsasdır. Ermənistan ona yaradılan şansdan bəhrələnərək qısa müddətdə sülh müqaviləsini imzalamaqla regionda dayanıqlı sülhün və təhlükəsizliyin təminatına böyük töhfə verər ki, bu da öz növbəsində yeni əməkdaşlıq formatlarının yaradılması üçün stimuldur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər  YENİLƏNİB

Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı evi ziyarət ediblər

UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə qlobal istiləşmənin yaratdığı problemlər müzakirə olunub

Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı

İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib

Ombudsman: Böyük Britaniyanın minatəmizləmə sahəsində Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilir

Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub

Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir

Aparılan monitorinq nəticəsində 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkarlanıb

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü COP29-da iştiraka dəvət edilib

Respublikanın sabiq baş pediatrının intiharı ilə bağlı cinayət işi başlanılıb YENİLƏNİB

Xətai rayonunda restoranın fəaliyyəti məhdudlaşdırılıb

ƏƏSMN ictimai iştirakçılığın təmin edilməsi sahəsində fəaliyyətinə görə fəxri fərmanla təltif edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Bolqarıstan mətbuatının diqqət mərkəzində olub

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb

Şəmkir və Gəncə şəhərlərində “Güclü cəmiyyətin zərif simaları" layihəsi çərçivəsində görüşlər keçiriləcək

Qədim pullar - FOTOREPORTAJ

Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub

İşıqforu az, bəzəkli avtobuslarının sirri olan 30 milyonluq Kəraçi şəhərindən - REPORTAJ

“Le Monde” qəzeti Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə yayıb

Azərbaycan ərazisində aparılan paleoseysmoloji tədqiqatların nəticələri müzakirə olunub

Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir

Xüsusi nümayəndə: 2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək VİDEO

Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb

BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı

Azərbaycanın Özbəkistanla müdafiə sənayesi sahəsində əməkdaşlığı üçün yaxşı perspektivlər mövcuddur

Azərbaycan-Ermənistan sülh prosesi barədə ABŞ Konqresinin üzvlərinə məlumat verilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə AzTU-da yeni laboratoriya açılıb

Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb

® “Birbank Biznes”dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası

Birinci sinfə qəbulun müsahibə yolu ilə aparılacağı məktəblər bəlli olub

Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib

“Qarabağ” Abdullah Zubirin Fransa klubuna keçəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib

Mütəxəssis: Bəzi peyvəndlər ömürlük immunitet yaradır

Akademik İsa Həbibbəyli pakistanlı nizamişünas alimlə görüşüb

AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub VİDEO

İşğaldan azad edilmiş ərazilərdə tələ tipli partlayıcı qurğularla bağlı yeni görüntülər VİDEO

Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxanada 250-dən çox vətəndaşa xidmət göstərilib

Azərbaycanda rəqəmsallaşma və nəqliyyat sahəsində aktual məsələlər AYİB-lə müzakirə edilib

İordaniyanın Baş Prokurorluğu Azərbaycan Baş Prokurorluğunun müsbət təcrübəsinin öyrənilməsində maraqlıdır

Milli Aviasiya Akademiyasında Beynəlxalq Aviasiya və Kosmonavtika Gününə həsr olunmuş tədbir keçirilib

Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb

Azərbaycan-Macarıstan enerji İşçi qrupunun iclası keçirilib

DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb

Vəkillər Kollegiyası ilə “Femida Könüllüləri” Təşkilatı arasında Memorandum imzalanıb və “Legal Meetup” keçirilib

MDU-nun əməkdaşı Finlandiyada təlimlərdə iştirak edir

Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb

Bakı ötən il ən çox birbaşa xarici investisiya cəlb edən şəhərlərin siyahısında 3-cüdür

Milli Məclisin Elm və təhsil komitəsi iki qanun layihəsini plenar iclasa tövsiyə edib

Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək

AzMİU-da təhsil və sənayenin birləşdirilməsinə dair müzakirə aparılıb

Zəngilanın Ağalı kəndində uşağa qayğı ilə bağlı valideynlər üçün tədbir təşkil olunub

Prezident Sadır Japarov: Birgə Bəyannamə Azərbaycan ilə Qırğızıstan arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir

ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib

Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü bildirib

NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub

İraq məktəblilərinə Azərbaycan haqqında məlumat verilib

Peter Siyarto Azərbaycana səfərə yola düşüb

Prezidentin xüsusi nümayəndəsi: Əsas səylərimiz 24 kənd, 3 şəhər və 5 yaşayış məntəqəsinin qurulmasına yönəldilib

Bəzi dağlıq və dağətəyi rayonların magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb

Washington Post: ATACMS döyüş meydanında vəziyyəti Ukraynanın xeyrinə dəyişə bilər

Prezident İlham Əliyev: Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur

On minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq

Bu il Çində satılacaq avtomobillərin 45 faizi elektromobillərin payına düşəcək

“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq

Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub YENİLƏNİB-2 VİDEO

BDU-nun Fizika fakültəsi ilə “Azərbaycan British College” əməkdaşlıq edəcək

Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər

Prezident İlham Əliyev: Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir

Beynəlxalq elmi-praktik konfrans: “Yaşıl iqtisadiyyat - davamlı inkişafın modeli kimi”

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib YENİLƏNİB-2 VİDEO

“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq

Qırğızıstan Qarabağda məktəb tikintisində iştirak edən üçüncü ölkə olacaq

Azərbaycan Prezidenti qırğızıstanlı həmkarını COP29-a dəvət edib

Azərbaycan-Başqırdıstan biznes-forumunda əməkdaşlıq haqqında 2 sənəd imzalanıb

Prezident İlham Əliyev: Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək

İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək

Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb

Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev: Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk

Pakistanlı alim Nizami Gəncəvi məqbərəsini ziyarət edib

Şuşada həyata keçirilən və planlaşdırılan işlər açıqlanıb

Azərbaycan-Rusiya əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib ŞƏRH

Hərbi Dəniz Qüvvələri və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

® “STP Şirkətlər Qrupu” ağacəkmə aksiyası keçirib

İdarə direktoru: Azərbaycanın istehsal sahələri və ixrac potensialı bizdə maraq doğurur

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb

Məsim Məmmədov: Laçın aeroportu istifadəyə verildikdən sonra buraya turist axını çox olacaq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu