CƏMİYYƏT


Azərbaycanın hərbi təyinatlı məhsulları Parisdə beynəlxalq sərgidə nümayiş etdiriləcək

Bakı, 7 iyun, AZƏRTAC

Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar iyunun 11-dən 15-dək Parisdə keçiriləcək Beynəlxalq Müdafiə və Təhlükəsizlik Sərgisində - “EUROSATORY-2018”də nümayiş etdiriləcək.

MSN-dən AZƏRTAC-a bildiriblər ki, bununla bağlı müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti Fransada səfərdə olacaq.

Beş gün davam edəcək sərgidə ziyarətçilərə MSN-in müəssisələrində yaradılan və istehsal olunan 270 adda məmulat təqdim ediləcək.

“EUROSATORY-2018” sərgisində 63 ölkədən 1700-dən artıq şirkətin iştirakı gözlənilir.

Səfər çərçivəsində nazir Yavər Camalovun hərbi-texniki əməkdaşlıqla bağlı görüşlər keçirməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.