İDMAN
Azərbaycanın idman gimnastları Qətərdə dünya çempionatında iştirak ediblər
Bakı, 3 noyabr, AZƏRTAC
Qətərin paytaxtı Dohada kişi və qadın idman gimnastikası üzrə 48-ci dünya çempionatı başa çatıb.
AZƏRTAC xəbər verir ki, ən güclülərin müəyyənləşdiyi turnirdə Azərbaycan komandası Murad Ağarzayev, Timur Bayramov, Dariy Morozov, İvan Tixonov, Nikita Simonov və qadınlar arasında Marina Nekrasovadan ibarət gimnast heyəti ilə təmsil olunub.
Azərbaycan idmançılarından ən yaxşı nəticə ilə Nikita Simonov fərqlənməyi bacarıb. Millimizin üzvü dünya nəhənglərinin sırasına daxil ola bilmək üçün bütün gücünü toplayaraq, ona olan ümidləri doğrultmağa çalışıb. Belə ki, bir neçə ay öncə qitə birinciliyində çıxış edən Nikita halqalarla çıxışını 12-ci yerdə başa vurmuşdu. Bu dəfə isə sevimli aləti halqalarda öz proqramını daha da mükəmməlləşdirməsi gimnastımızı məhz dünya çempionatında 194 gimnast arasında 7-ci edib.
Qarşıda isə gimnastlarımızı növbəti ciddi start, Olimpiya Oyunlarına təsnifat yarışları gözləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [21:10]
Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
- 19.04.2024 [19:57]
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
- 19.04.2024 [19:15]
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]