CƏMİYYƏT


Azərbaycanın idman ictimaiyyətinin bir qrupu cəbhəboyu zonada əsgərlərimizlə görüşüb

Bakı, 14 oktyabr, AZƏRTAC

Azərbaycanın idman ictimaiyyətinin nümayəndələrindən ibarət bir qrup düşmənin genişmiqyaslı təxribatlarına adekvat cavab verərək ona sarsıdıcı zərbələr vuran müzəffər Azərbaycan Ordusu ilə həmrəylik nümayiş etdirmək üçün cəbhə bölgəsinə səfər edib.

AZƏRTAC xəbər verir ki, “BrendSport.az” saytının təşkilatçılığı ilə reallaşdırılan səfər çərçivəsində, həmçinin Xəzər rayonunun Binə qəsəbəsindəki 121 nömrəli orta məktəbin şagirdləri “Qarabağ əsgərinə məktublar” layihəsində fəal iştirak ediblər. Məktəblilər hərbçilərimizə məktublar yazaraq, ürək sözlərini ifadə edib, daim Azərbaycan əsgərinin yanında olduqlarını və onlara güvəndiklərini bildiriblər.

Əsgərlərlə görüşə “Azərbaycan İdmançıları” İctimai Birliyinin, Peşəkar Boks Federasiyasının, 1 nömrəli Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin, “Cəngi” idman klubunun üzvləri və “BrendSport.az” saytının əməkdaşları qatılıblar.

Qəhrəman əsgərlərimizlə görüşdə Əməkdar bədən tərbiyəsi və idman xadimi, “Olimpiya” və “Şöhrət” ordenli Hicran Şərifov ordumuzun şücaətindən danışaraq, xalqımızın Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında Silahlı Qüvvələrimizə güvəndiyini bildirib, əsgərlərimizə Qarabağ zəfəri arzulayıb.

Əsgərlərimizlə görüşdən xoş təəssüratla ayrılan tədbir iştirakçıları bu cür səfərlərin davamlı təşkil olunacağını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.