İDMAN


Azərbaycanın iki şahmatçısı Cəbəllütariqdə keçiriləcək beynəlxalq festivalın “Masters” turnirində iştirak edəcək

Bakı, 9 yanvar, AZƏRTAC

Yanvarın 22-dən 31-dək Cəbəllütariqdə beynəlxalq şahmat festivalı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, ənənəvi festivalın proqramına İsveçrə sistemi üzrə keçirilən və on turdan ibarət “Masters” turniri də daxildir. Turnirdə 244 şahmatçı iştirak edəcək. Onlardan 120-si qrossmeyster, o cümlədən 14-ü əmsalı 2700-dən çox olan şahmatçılardır.

Bu festival İsveçrə sistemi üzrə keçirilən ən güclü turnirlərdən hesab olunur. Yarışlarda Azərbaycan şahmatçıları Arkadi Naydiç (2734) və Rauf Məmmədov (2703) da iştirak edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.