İDMAN


Azərbaycanın iki sərbəst güləşçisi Avropa çempionatının finalına yüksəlib

Bakı, 16 iyun, AZƏRTAC

Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, mübarizəyə dörddəbir finaldan qoşulan sərbəst güləşçimiz Yusif İsparov (45 kq) erməni rəqibinə uduzub. Ancaq rəqibin finala yüksəlməsi güləşçimizə üçüncü yeri tutmaq şansı verib.

Turnirdə 51 kiloqram çəki dərəcəsində çıxış edən Cavid Cavadov ilk mərhələdə moldovalı rəqibindən güclü olub. C.Cavadov dörddəbir finalda Ukrayna idmançısına heç bir şans tanımayıb. Yarımfinalda Ermənistan güləşçisi üzərində böyük hesablı qələbəyə sevinən Gəncə güləş məktəbinin yetirməsi adını finala yazdırıb.

Güləşçimiz Abdulrəhman İbrahimov (60 kq) debütdə ukraynalı güləşçi üzərində inamlı qələbəyə sevinib. Həmyerlimiz daha sonra türkiyəli pəhləvanı üstələyib. A.İbrahimov Polşa təmsilçisinə də aman verməyərək yarımfinala yüksəlib. Gürcüstan idmançısını “tuşe” ilə yolundan kənarlaşdıran güləşçimiz finala vəsiqə qazanıb.

Millimizin üzvü Sadiq Mustafazadə (71 kq) səkkizdəbir finalda Moldova idmançısı ilə gərgin keçən mübarizədə xalların keyfiyyətinə görə xalçadan məyus ayrılıb.

Vüqar Həsənov (92 kq) startda rumıniyalı həmkarı ilə bacarmayıb.

Bu çəkilərdə medallar uğrunda görüşlər bu gün Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.