İDMAN


Azərbaycanın iki yunan-Roma güləşçisi Avropa çempionatının finalına yüksəlib

Bakı, 18 iyun, AZƏRTAC

Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, beşinci yarış günündə - iyunun 18-də 48, 55, 65, 80 və 110 kiloqram çəki dərəcələrində mübarizə aparan yunan-Roma güləşçiləri xalça üzərinə çıxıblar.

Mübarizəyə dörddəbir finaldan qoşulan Fəraim Mustafayev (48 kq) estoniyalı idmançını vaxtından əvvəl üstələyərək yarımfinala yüksəlib. Növbəti görüşdə Rusiyadan olan güləşçini də tam üstünlüklə yolundan kənarlaşdıran F.Mustafayev finala vəsiqə qazanıb. Güləşçimizin həlledici mərhələdə rəqibi Servet Angi (Türkiyə) olacaq.

Çempionatda 55 kiloqram çəki dərəcəsində çıxış edın Fərid Baxışlı debütdə estoniyalı güləşçiyə tam üstünlüklə qalib gəlib. Yeniyetmə pəhləvanımız Almaniya təmsilçisinə də eyni aqibəti yaşadıb. Rusiya təmsilçisi ilə gərgin keçən mübarizədə də sevinən tərəf olan F.Baxışlı adını yarımfinala yazdırıb. Bu mərhələdə Belarus güləşçisindən də güclü olan təmsilçimiz finala adlayıb. Qızıl medal uğrunda görüşdə pəhləvanımız ermənistanlı Armen Sukiasyan ilə qarşılaşacaq.

Güləşçimiz Kənan Abdullazadə (65 kq) ilk mərhələdə türkiyəli həmkarı üzərində əzmkar qələbə qazanıb. Həmyerlimiz daha sonra erməni rəqibini "tuşe" ilə xalçadan məyus yola salıb. Ancaq Ukrayna təmsilçisi ilə bacarmayıb. Rəqib finala yüksəldiyi üçün K.Abdullazadə iyunun 19-da təsəlliverici görüşə çıxacaq.

Millimizin üzvü Cocu Səmədov (80 kq) səkkizdəbir finalda belaruslu rəqibinə uduzub.

Qeyd edək ki, bu çəkilərdə təsəlliverici görüşlər və medal qarşılaşmaları iyunun 19-da keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.