İQTİSADİYYAT
Azərbaycanın ikinci telekommunikasiya peykinin orbitə çıxarılması istiqamətində intensiv iş aparılır
Bakı, 25 sentyabr (AZƏRTAC). Azərbaycanın ikinci telekommunikasiya peyki olan “Azerspace 2”-nin orbitə çıxarılması istiqamətində intensiv iş aparılır. Hazırda tenderin keçirilməsinə hazırlıq prosesi gedir. Bu prosesə yüksək səviyyəli ekspertlər cəlb olunur.
AZƏRTAC xəbər verir ki, bu barədə rabitə və informasiya texnologiyaları nazirinin birinci müavini İltimas Məmmədov Azərbaycan və İran arasında informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq üzrə konfransda məlumat verib. Nazir müavini bildirib ki, hazırda nazirlik tərəfindən peykin uyğun texniki parametrləri müəyyən olunur, tenderlə bağlı əsas meyarlar müəyyənləşdirilir. Bununla yanaşı, aşağıorbitli peyklərlə əlaqədar lazımi işlər həyata keçirilir. İlin sonunadək müvafiq qərar qəbul olunacaq.