CƏMİYYƏT


Azərbaycanın illik su təsərrüfatı balansı təsdiqlənib

Bakı, 3 avqust, AZƏRTAC

Ölkə üzrə 2021-ci il üçün illik su təsərrüfat balansı təsdiqlənib. İllik su təsərrüfatı balansı su obyektlərində su ehtiyatlarının mövcudluğunun və onlardan istifadə dərəcəsinin qiymətləndirilməsi məqsədi daşıyır.

AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Ehtiyatlarının İdarə Edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov bildirib.

O qeyd edib ki, respublika üzrə illik su təsərrüfatı balansı son üç ilin faktiki məlumatları, cari ilin gözlənilən, növbəti ilin isə rüblük və illik proqnoz göstəriciləri əsasında tərtib edilir.

M.Əbdülhəsənovun sözlərinə görə, torpaqlarımızın işğaldan azad olunması nəticəsində iki ildir ki, ölkə üzrə illik su təsərrüfatı balansında Qarabağın və Şərqi Zəngəzurun su ehtiyatları haqqında məlumatlar da öz əksini tapıb.

Nazirlik rəsmisi onu da bildirib ki, respublika üzrə illik su təsərrüfatı balansı su təsərrüfatı sahəsində müasir informasiya sisteminin yaradılmasına mühüm dəstəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.