ELM VƏ TƏHSİL


Azərbaycanın invaziv florasına dair ilk məlumatlar dərc edilib

Bakı, 21 sentyabr, AZƏRTAC

Son illərdə iqlim şəraitinin dəyişilməsi ilə əlaqədar dünya florasında, o cümlədən Azərbaycanda invaziv (yad, kənardangəlmə) növlərin sürətli, genişmiqyaslı artımı və miqrasiyası müşahidə edilir. Bu təbii ekosistemlərdə ciddi dəyişikliklərə səbəb olmaqla ölkənin ekoloji təhlükəsizliyinə zərbə vurur.

Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutundan AZƏRTAC-a bildiriblər ki, ölkədə invaziv bitkilərin yayılmasına dair ilk ətraflı məlumat bu elm müəssisəsinin aparıcı elmi işçisi, dosent Rəna Abdıyevanın kitabında təqdim edilir. Nəşrdə fitoinvaziv problemlər haqda ümumi məlumat, tədqiqi və monitorinqi tələb olunan 64 yad bitki növünün “qara siyahısı” verilib. Həmçinin hər bir növün yerli adı, ilkin arealı, ölkənin botaniki-coğrafi bölgələrində yayılması göstərilir. Bu bitkilərin biologiyası və ekologiyası, habelə Azərbaycanda invaziv statusu ilə bağlı bəzi məlumatlar da təqdim edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.