Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycanın işğal olunmuş ərazilərindəki mədəni irs problemi Avropa Şurasının təşkil etdiyi xüsusi müzakirələrdə qaldırıldı

Azərbaycanın işğal olunmuş ərazilərindəki mədəni irs problemi Avropa Şurasının təşkil etdiyi xüsusi müzakirələrdə qaldırıldı

Budapeşt, 4 dekabr, AZƏRTAC

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) mədəniyyət, elm, təhsil və media komitəsi qış sessiyası ərəfəsində son iclaslarını ənənəvi olaraq Fransada deyil, Macarıstanda keçirib. Ümumiyyətlə, üzv ölkələrin parlamentlərinin Avropa Şurasının müzakirəyə çıxardığı problemlər dairəsinə daha yaxından cəlb olunması məqsədilə son illərdə vaxtaşırı olaraq ayrı-ayrı Avropa paytaxtlarında komitə iclaslarının keçirilməsi təcrübəsinə müraciət edilir.

AZƏRTAC xəbər verir ki, mədəniyyət, elm, təhsil və media komitəsinin dekabrın 4-də Budapeştdə keçirilən iclasında bir sıra ümumavropa əhəmiyyətli təhsil, elm, mətbuat problemləri ilə yanaşı, mədəni irslə əlaqədar ayrıca məruzə də müzakirəyə çıxarıldı. “Avropa qeyri-maddi irsinin qorunması və inkişaf etdirilməsi” adlı məruzə ətrafındakı geniş müzakirələrdə yalnız AŞPA komitəsinin üzvləri deyil, tədbirə dəvətli qonaqlar qismində Macarıstandan, Avstriyadan, Slovakiyadan olan ekspertlər də iştirak ediblər.

Problem ətrafında gedən fikir mübadilələrinə qatılan AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov əvvəlcə ölkəmizin qeyri-maddi irs nümunələrinin UNESCO çərçivəsində qorunması ilə bağlı müfəssəl məlumat verib: “Hər xalqın milli özünəməxsusluğu, təkrarsızlığı, tarixən formalaşmış zövq səviyyəsi, ilk növbədə və ən qabarıq şəkildə onun qeyri-maddi mədəni irsində əksini tapır. Qeyri-maddi mədəni irs də elə xalqın milli dili kimidir. Belə sərvətlərsiz xalqın mənəvi dünyası çox kasıb olardı. Azərbaycan qeyri-maddi mədəni irs baxımından zəngin sərvətə malikdir. Məmnunluqla qeyd etməliyəm ki, son 10 ilə yaxın müddət ərzində UNESCO ilə sıx əməkdaşlıq çərçivəsində Azərbaycanın qeyri-maddi mədəni irsinin təbliği və qorunması istiqamətində çoxlu və faydalı işlər görülmüşdür. 2008-ci ildə Azərbaycan muğamı, 2009-cu ildə Azərbaycan aşıq sənəti və Novruz bayramı, 2010-cu ildə Azərbaycan xalça toxuculuğu ənənəvi sənəti, 2012-ci ildə Azərbaycan tar ifaçılıq sənəti və onun hazırlanma ustalığı, 2013-cü ildə Qarabağ atı ilə oynanılan Çovqan atüstü oyunu, 2014-cü ildə Qadın baş örtüyü kəlağayının düzəldilməsi və geyinməsi ənənəvi incəsənəti və onun simvolizmi, 2015-ci ildə Azərbaycanın ucqar bir dağ kəndinə məxsus Lahıc misgərlik sənəti, 2016-cı ildə isə Azərbaycan lavaşı. Lakin, eyni zamanda, UNESCO-nun daha 3 – “Ümumdünya yaddaşı”, “Dünyanın yaddaşı”, “Təhlükə altında hesab edilən dillər” siyahıları üzrə Azərbaycan mədəni və mənəvi irs nümunələri qorunmaqdadır. Lakin bu siyahılardan kənarda da mənim ölkəmin yüzlərlə qeyri-maddi irs örnəkləri mövcuddur ki, onların yaşamaq və qorunmaq haqqı var”.

Azərbaycanın məruz qaldığı təcavüzün bütün başqa fəsadlarından savayı qeyri-maddi irsə də ciddi ziyanlar vurması məsələsinə toxunan deputat Rafael Hüseynov deyib: “Azərbaycan işğala məruz qalmış ölkədir. 25 ildir ki, onun ərazilərinin 20 faizi hər cür beynəlxalq nəzarətdən kənardır. Azərbaycan torpaqlarının Ermənistan və ona havadarlıq edən xarici qüvvələr tərəfindən zəbt edilməsi qeyri-maddi mədəni irsə də ciddi, bir sıra hallarda isə sağalmaz, bərpası mümkün olmayan ziyanlar yetirib. 25 il ərzində nəsillər dəyişir və belə böyük zaman kəsiyində öz ev-eşiklərindən məhrum olaraq tamam fərqli məkanlarda yaşayan insanların musiqi və söz folkloru, adət və ənənələri deformasiyaya uğrayır, nəsillər arasında rabitə itir, ötürücülük missiyası yerinə yetirilə bilmədiyindən bir sıra sərvətlər yox olur”.

Rafael Hüseynov Ermənistan ərazisində əsrlərcə ömür sürmüş və bir neçə deportasiyadan sonra 1980-ci illərin sonlarında oradakı dədə-baba torpaqlarından son nəfərinədək zorla qovulmuş azərbaycanlıların qeyri-maddi mədəni irs nümunələrinin bu gedişatda məhvə uğraması məsələsinə də ayrıca diqqət yönəldib: “İndiki Ermənistan ərazisində yüz illərlə kompakt yaşayan 300 min nəfərdən artıq azərbaycanlı 1980-ci illərin sonlarında etnik təmizləməyə məruz qalaraq öz tarixi yurdlarından deportasiya ediləndən sonra faktiki olaraq bizim böyük bir mədəni sərvət layımız faciəvi vəziyyətlə üzləşdi. 100 il əvvəl nəşr edilmiş xəritələrdə azərbaycanlılardan zorla təmizlənmiş həmin ərazilərdəki toponimlərin 90 faizdən çoxu sırf Azərbaycan mənşəli idi. Hər bir məkanın adı ilə də bağlı saysız əfsanələr, rəvayətlər, şeirlər, nəğmələr vardı. İndi həmin toponimlərin hamısı dəyişdirilib, erməni adları ilə əvəz edilib. Oradan qovulmuş insanların bir çoxu sarsıntılara, əzablara, çətinliklərə dözməyərək həyatdan gedib, qalanları isə son 30 ildə pərakəndə halda Azərbaycanın 60-dan artıq müxtəlif rayonuna səpiliblər. Qeyri-maddi mədəni irsi məhv etməyin, zədələməyin ən qısa yollarından biri isə onu yuvasından, mövcudluq məkanından məhrum etməkdir. Yəni, bu sərvətləri yaradan insanları birləşdirən məkan yoxdursa, onlar birlikdə, daimi ünsiyyətdə deyillərsə, bu sərvətlərlə mütəmadi olaraq paylaşmırlarsa, demək, həmin qeyri-maddi mədəni irs inciləri tədricən yox olmağa məhkumdur”.

Fikirlərini yekunlaşdırarkən Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov ayrı-ayrı xalqlara məxsus mədəniyyət incilərinin əslində bütün bəşəriyyətə malik olduğunu vurğulayıb, dünya birliyini və beynəlxalq təşkilatları bu sərvətləri qorumaq səmtində birliyə və səyləri artırmağa çağıraraq deyib: “Bütün dünyaya məxsus böyük rus yazıçısı Fyodor Dostoyevski inanırdı ki, dünyanı gözəllik xilas edəcək. Lakin gətirdiyim kədərli nümunələr gözəlliyi məhv etməyə yönəlmiş müdhiş cəhdlərdir və təəssüf ki, beynəlxalq birlik də bunların qarşısını almaq üçün təsirli addımlar atmır, yaxud ata bilmir. Dünyanı xilas etməli olan gözəllik amansızca məhv edilirsə, bəs onda dünyanın özünün taleyi necə olacaq?!”.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

Ukrayna nəşrində Qarabağ bölgəsində aparılan reinteqrasiya prosesinə Ermənistanın qərəzli mövqeyinə dair məqalə dərc olunub

Norveçdə Rusiya qeydiyyatında olan avtomobillərin ölkəyə girişinə qadağa qoyulub

Nigeriyada “Boko Haram”a qarşı keçirilən hava əməliyyatında onlarla terrorçu məhv edilib

Papua-Yeni Qvineya sahillərində zəlzələ baş verib

ABŞ senatının nümayəndə heyəti gələn həftə Çinə səfər edəcək

Azərbaycan sahibkarları Özbəkistanda beynəlxalq sərgiyə dəvət olunurlar

“Miras” İctimai Birliyinin üzvləri PİCASP layihəsi çərçivəsində Vilnüs şəhərində görüşlərdə iştirak edib

Serbiya Kosovo ilə sərhəddə hərbçilərin sayını azaldıb

Beynəlxalq Olimpiya Komitəsi Parisdə keçiriləcək Olimpiadada idmançıların hicab geyinməsi məsələsinə aydınlıq gətirib

AMADA-nın şöbə müdiri “Antidoping Konvensiyası”nın Monitorinq qrupunun iclasında iştirak edib

İtaliyada 4 bal gücündə zəlzələ olub

Metyu Miller: Etnik təmizləmə və ya soyqırımı kimi iddialar faktlara əsaslanır və bu olmadan danışmaq doğru deyil

Cənubi Koreyada it əti istehlakı qadağan edilir

“Sabah”ın baş məşqçisi: Qələbəmizi Azərbaycan basketboluna həsr edirik

İngiltərədə partlayış baş verib

Volodimir Zelenski Ukraynanın Avropa İttifaqına üzvlüyünün şərtlərini açıqlayıb

NASA-nın nümayəndəsi: “Bakıdakı belə möhtəşəm sərgidə iştirak etməkdən məmnunam

Cənubi afrikalı mütəxəssis: Biz Azərbaycandakı sənaye tərəfdaşlarımızı dəstəkləməkdən qürur duyuruq

Dövlət Vergi Xidməti hüquq və konsaltinq şirkətləri ilə onlayn görüş keçirib

Ağdam Dövlət Dram Teatrı 100-cü mövsümü “Dərs” tamaşası ilə açıb

Azərbaycanın gənc cüdoçuları dünya çempionatına yola düşüblər

İsrail rəsmisi: Son 20 ildə dünyada texnologiya sürətlə inkişaf edib

"Sabah" basketbol klubu Avropa Kubokundakı ilk oyununda qələbə qazanıb

Sergey Lavrov: Biz Qarabağda vəziyyəti sabitləşdirmək üçün azərbaycanlı həmkarlarımızla işləyirik

Azərbaycan Aya və Marsa 2030-cu ildə missiya göndərməyi düşünür

Azərbaycan və APSCO arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Tornikr Rijvadze: Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünü Batumidə qeyd etdiyimizə görə çox şadıq

Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü ildə bugünkü qüdrətli, qalib Azərbaycanın təməli qoyulub

Latviyada tanınmış Azərbaycan rəssamının sərgisinin açılışı olub

Batumidə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş fotosərgi açılıb

İtaliya şirkətinin nümayəndəsi: Konqres bizə Azərbaycanda yeni tərəfdaşlar tapmağa imkan yaradır

Qarabağ bölgəsində yaşayan erməni sakinlərin miqrasiya və sosial məsələlərlə bağlı müraciətləri dinlənilib

MN: Ermənilər Kəlbəcərdəki mövqelərimizə döyüş kvadrokopterləri vasitəsilə partlayıcı vasitələr atıb VİDEO

TUA rəsmisi: “IAC-2023 Azərbaycanda, dünyanın hər yerindən olan bütün kosmik insanları birləşdirən mötəbər platformadır

“Azərkosmos” rəsmisi: Kosmik sahəyə edilən yatırımlar gələcəyə edilmiş yatırımlardır

Nazir Ceyhun Bayramov: Azərbaycan qarşılıqlı şəkildə ərazi bütövlüyü və suverenlik çərçivəsində Ermənistanla sülh quruculuğunda maraqlıdır

Bakıda "SPACE 2030: Qlobal Kosmos İqtisadiyyatında Siyasət və Strategiyalar" mövzusunda sessiya işə başlayıb

Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində sərgi təşkil olunub
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sərginin açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

“Uşaqların informasiya təhlükəsizliyi: problemə kompleks yanaşma” mövzusunda konfrans keçirilib

Ceyhun Bayramov Latviyanın Azərbaycana yeni təyin edilmiş səfiri ilə görüşüb

İraq mətbuatında Qarabağ barəsində məqalə dərc olunub

Yan Kubik: Çexiya dost Azərbaycanla əlaqələri bundan sonra da inkişaf etdirəcək

Xankəndi şəhərindəki poliklinikada ilk erməni sakinə zəruri tibbi xidmət göstərilib VİDEO

Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimi keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər YENİLƏNİB-5 VİDEO

Elisso Bolkvadze: Böyük tarixi şəxsiyyət Heydər Əliyevə həsr edilmiş sərginin və muğam gecəsinin təşkili bizim üçün olduqca mühümdür

Astronavtika Konqresinin Bakıda keçirilməsi həm də Azərbaycana olan etimadın göstəricisidir - ŞƏRH

“Dövlət qulluğunda korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarının praktiki tətbiqi məsələləri” - təlim

Milli Məclisin 2023-cü il payız sessiyasının ilk plenar iclası keçirilib

Azərbaycanda daha 4 Bilim mərkəzi açılacaq VİDEO

Nazir Rəşad Nəbiyev “Roskosmos”un baş direktoru ilə görüşüb

“Canlı orqanizmlərin bəzi patoloji proseslərinin yeni nəsil inhibitorları” adlı monoqrafiya çap olunub

Belarusda Azərbaycanın ilk hərbi təyyarəçisi anılıb

Azərbaycanlı pilotlar və texniklər bütün dünyaya türkün gücünü göstərdilər

Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat- SİYAHI

İran XİN Türkiyə Prezidentinin Zəngəzur dəhlizi ilə bağlı fikirlərinə münasibət bildirib

İordaniyalı mühəndis: Azərbaycan Milli Aerokosmik Agentliyində keçdiyim təcrübə mənim üçün fərq yaradacaq

“QS Quacquarellı Symonds” Reytinq Agentliyi BDU-nun əməkdaşları üçün təlim keçirib

UNEC-in 41 tələbəsi “PAŞA Holdinq”in əlaçı təqaüdünü qazanıb

AZAL Bakı-Minsk-Bakı marşrutu üzrə ilk reysini yerinə yetirib

Tanınmış astronavtlar BDU-nun tələbə və gənc tədqiqatçıları ilə görüşəcəklər

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə direktor təyin olunub

Ukraynalı uşaqlar Qəbələ Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya xidmətlərinə cəlb olunublar

Uzun Həsən Bayandurun 600 illiyi münasibətilə elmi forum keçirilib

Qardaşını öldürməkdə təqsirləndirilən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Ermənilər tərəfindən məscidlərimizin təhqir edilməsi barədə növbəti faktlar üzə çıxıb

Tezliklə “Akıncı” pilotsuz uçuş aparatları Azərbaycana təhvil veriləcək

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor təyin olunub

Prezident Administrasiyasının şöbə müdiri Fərəh Əliyeva üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Zəfərimizə kölgə salan hər bir şəxsin aqibəti Ruben Vardanyan kimi olacaq – AÇIQLAMA

Sentyabrın 25-dən oktyabrın 1-dək Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb

Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 380 yoluxma faktı qeydə alınıb

Kahramanmaraşın bələdiyyə sədri: Azərbaycan məhəlləsində inşa edilən mənzillər dördmərtəbəli olacaq

“Bayraktar Teknoloji Azərbaycan”da 20-yə qədər yerli mütəxəssis fəaliyyət göstərir

“Qarabağ”ın legioneri Liviya və Serbiya yığmaları ilə oyunlara dəvət alıb

AYNA növbəti elektron xidməti istifadəyə verib

MİDA-nın rəsmisi: Azərbaycanda 7 il ərzində 8463 ailə mənzillə təmin edilib

ABŞ-ın Puerto-Riko Dövlət Universitetinin professoru BDU-da elmi seminar keçirib

Bir sıra ölkələrdən heyvandarlıq məhsullarının idxalına məhdudiyyət qoyulub

® “Nar” metroda şəbəkəsini gücləndirir

Prezident İlham Əliyev Anqlikan Kilsəsinin dini rəhbərini qəbul edib YENİLƏNİB VİDEO

Oktyabrın 3-nə olan USD/AZN rəsmi məzənnəsi

Şəhidlərə həsr olunmuş daha iki kitabın təqdimatı keçirilib

BDU-nun şəhid məzunu Ceyhun Şalıyevin məzarı ziyarət olunub

Naxçıvanda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə sərgi təşkil edilib

Zaqatalada qumbaranın partlaması nəticəsində iki nəfərin ölməsi ilə bağlı cinayət işi başlanılıb

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin XI sessiyasının ilk iclası keçirilib

Emin Hüseynov: Azad edilmiş ərazilərimizdə sakinlərin məskunlaşması üçün çevik bərpa işləri aparılır

YARAT Müasir İncəsənət Mərkəzində Şəmistan Əlizamanlı ilə görüş təşkil olunub

İlon Mask Beynəlxalq Astronavtika Konqresində fərdi nominasiyada qalib elan olunub

Bəstəkarlar İttifaqında Ümummilli Liderin 100 illiyinə həsr olunmuş növbəti tədbir keçirilib

Bişkekdə Türk dünyasının görkəmli oğlu Heydər Əliyev haqqında kitab çap edilib

Sahibkarlarla növbəti görüş Salyan rayonunda keçiriləcək

“Gəncə” voleybol klubu argentinalı məşqçi ilə anlaşıb

Azərbaycan və Mərakeş parlamentləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

AzMİU tələbələri Türkiyənin Ege və Bursa Uludağ universitetlərində təhsil alacaqlar

Səyyar “ASAN xidmət” avtobusu Yevlaxda

Çin energetika sektoruna investisiyaların həcmini 13,7 trilyon dollara çatdıracaq

“Zaqatala AGRO İndustry” MMC-nin emal məntəqəsində indiyədək 251,5 ton quru tütün istehsal edilib

ADPU-da seminar: Heydər Əliyev - elm və təhsilin inkişafı

MN: Qarabağ bölgəsində 123 mina aşkar edilərək zərərsizləşdirilib VİDEO