ELM VƏ TƏHSİL


“Azərbaycanın işğal olunmuş ərazilərinin turizm potensialı”  mövzusunda müsabiqənin qalibləri müəyyənləşib

Bakı, 19 dekabr, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU), Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və “Turizmin İnkişafına Kömək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən, “Azərbaycanın işğal olunmuş ərazilərinin turizm potensialı” mövzusunda inşa müsabiqəsinə yekun vurulub.

ATMU-dan AZƏRTAC-a bildiriblər ki, bu ali məktəbin tədqiqat bölməsinin rəhbəri Qahirə Məmmədova Azərbaycanda qeyri-neft sahələrinin inkişafı yolu ilə dayanıqlı iqtisadi inkişafa nail olmaq siyasətinin həyata keçirildiyini və dövlətimizin başçısının turizm sektorunun güclənməsinə dəstək verdiyini deyib. Vurğulanıb ki, təbiəti, tarixi baxımdan olduqca zəngin potensiala malik, işğal altında olan Dağlıq Qarabağ, digər əzəli torpaqlarımız bu inkişafdan kənarda qalıb. Bu inşa müsabiqəsi də gənclərin vətənpərvərlik hisslərinin güclənməsi, həmin regionun turizm potensialının öyrənilməsi və təbliği məqsədilə təşkil olunub.

Sonra ATMU-nun dosenti, Məhərrəm Zülfüqarlı, turizm və qonaqpərvərlik fakültəsi dekanının müavini, dosent Flora Ələsgərova Azərbaycanın tarixi əraziləri kontekstində işğal altında olan şəhər və rayonlarımızın turizm potensialına vurulan ziyandan, eləcə də Laçının, Kəlbəcərin, Şuşanın əsrarəngiz təbiətindən və nadir incilərindan söz açıblar.

Müsabiqənin nəticəsinə əsasən ATMU-nun turizm və otelçilik ixtisası üzrə təhsil alan Ləman Abbasova birinci, Naxçıvan Dövlət Universitetinin pedaqogika nəzəriyyəsi və tarixi ixtisaslaşması üzrə magistrantı Arzu Qasımov ikinci, ATMU-nun muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbəsi Elnarə Mürsəlova üçüncü yerə layiq görülüblər.

Sonda müsabiqə iştirakçıları mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.