MƏDƏNİYYƏT


Azərbaycanın işgüzar turizm imkanları Almaniyada təbliğ olunur

Berlin, 23 may, AZƏRTAC

Azərbaycanın işgüzar turizm imkanları Almaniyada keçirilən, işgüzar tədbirlər sənayesinin ən mühüm sərgilərindən biri sayılan “IMEX Frankfurt” sərgisində tanıdılır.

AZƏRTAC xəbər verir ki, beynəlxalq sərgidə ölkənin işgüzar turizm potensialını tanıtmaq və işgüzar məqsədlərlə Azərbaycana səfər edəcək sənaye iştirakçılarının sayını artırmaq üçün Azərbaycan Konqreslər Bürosu ilə birlikdə Heydər Əliyev Beynəlxalq Aeroportu, “Buta Airways”, Bakı Konqres Mərkəzi, "PAŞA Travel” şirkəti ilə yanaşı, “Absheron Hotel Group”, “JW Marriott Absheron Baku” hotelləri də iştirak edir.

Qeyd edək ki, Azərbaycan Turizm Bürosunun tabeliyində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu tərəfindən ölkədə işgüzar turizmin inkişaf etdirilməsi və Azərbaycanda İşgüzar Tədbirlər Sənayesi Alyansının formalaşdırılması istiqamətində aktiv iş aparılır.

2002-ci ildən başlayaraq hər il keçirilən “IMEX Frankfurt” sərgisi Almaniyanın görüşlər, konfranslar, tədbirlər və işgüzar səyahətlər sahəsində ən mühüm ticarət sərgisi sayılır. Ötən il 10 minə yaxın ziyarətçi qəbul edən sərgidə bu il dünyanın 150-dən çox ölkəsinin nümayəndələri təmsil olunurlar.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.