İQTİSADİYYAT


Azərbaycanın ixrac missiyası Bolqarıstana gedib

Bakı, 6 noyabr, AZƏRTAC

"Made in Azerbaijan" brendinin təşviqi, yerli məhsulların xarici ölkələrdə tanıdılması məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə növbəti ixrac missiyası noyabrın 6-da Bolqarıstanın paytaxtı Sofiya şəhərinə yola düşüb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, missiyaya qida məhsulları, şərab və digər spirtli içkilər istehsalı sahəsində fəaliyyət göstərən 25 yerli şirkətin nümayəndəsi daxildir. İxrac missiyası çərçivəsində Azərbaycan ixracatçıları görüşlər keçirəcək, ixrac məsələlərinə dair müzakirələr aparacaqlar.

Bolqarıstana təşkil olunan səfər noyabrın 9-na kimi davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.