İQTİSADİYYAT


Azərbaycanın keçən il ən çox məhsul göndərdiyi Körfəz ölkələrinin adları açıqlanıb

Bakı, 21 yanvar, Elvin Camalov, AZƏRTAC

Ötən il Azərbaycanın ən çox məhsul ixrac etdiyi Körfəz ölkələri sırasında ilk üçlükdə İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı qərarlaşıb.

AZƏRTAC Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki, İrana ixracın dəyəri 41,1 milyon dollar, BƏƏ-yə 19,1 milyon dollar, Səudiyyə Ərəbistanına 1,8 milyon dollar olub. Səudiyyə Ərəbistanı və İrana ixracın dəyərində artım, Birləşmiş Ərəb Əmirliklərinə isə azalma müşahidə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.