Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Azərbaycanın kimyaçı alimləri İkinci Dünya müharibəsi illərində

Azərbaycanın kimyaçı alimləri İkinci Dünya müharibəsi illərində

Bakı, 8 may, AZƏRTAC

İkinci Dünya müharibəsi ərəfəsində görkəmli kimyaçı alim Yusif Məmmədəliyevin rəhbərliyi altında strateji əhəmiyyətə malik alkilbenzolların alınması üzrə aparılan silsilə tədqiqatlar daha da intensivləşdirildi. 1941-ci ilin iyununda onun rəhbərliyi ilə Azərbaycan Elmi-Tədqiqat Neft İnstitutu öz tərkibində 18-dən çox yaxşı təchiz edilmiş laboratoriyanı, 2 təcrübə zavodunu, yardımçı emalatxanaları və xüsusi təsərrüfatları birləşdirirdi. Yusif Məmmədəliyev 1942-ci ildə benzolun alkilləşdirmə üsulunun əhatəli və intensiv öyrənilməsi nəticəsində toluolun yeni səmərəli sintez proseslərini işləyib-hazırladı. Toluolun istehsalı təşkil ediləndən sonra həmin zavodda Yusif Məmmədəliyevin işləyib-hazırladığı üsulla top mərmilərinin və minaların istehsalında ən çox istifadə olunan trinitrotoluol (trotil) partlayıcı maddəsi alınmağa başlayır və cəbhəyə göndərilirdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyinin akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun Katalitik krekinq və piroliz laboratoriyasının müdiri texnika elmlər doktoru, dosent Sahib Yunusov söyləyib. O bildirib ki, Yusif Məmmədəliyev bununla yanaşı, daha bir yandırıcı qarışığın “Molotov kokteyli”nin yeni tərkibdə və yeni konstruksiyada hazırlanmasına nail olur. Onun ixtiraçılıq bacarığı burada da öz sözünü dedi və o, “Molotov kokteyli”nin alışma qabiliyyətini artırmaq və asan istifadə etmək üçün şüşə qabın qapaq hissəsindəki xüsusi dəlikdə güclü oksidləçdirici maddə ilə doldurulmuş kiçik ampula yerləşdirilməsini təklif etdi.

Müharibə dövründə keyfiyyətli yanacağa hərbi aviasiyada daha çox ehtiyac duyulurdu. Yusif Məmmədəliyev ilk dəfə olaraq izostrukturlu benzinin- alkilbenzinin alınmasına nail oldu. Bunun üçün xüsusilə izomerləşmə prosesinə üstünlük verdi və oktan ədədini artıra bilən izoquruluşlu birləşmələrin alınması üçün lazım olan şəraiti işləyib-hazırladı. Tetraetil qurğuşunu əlavə etdikdə alkilbenzinin oktan ədədi 96-98 olurdusa, 100-150°C temperatur intervalında qaynayan fraksiyanın oktan ədədi hətta 100-dən çox oldu. Sonradan o, aviayanacağın oktan ədədini 120-yə çatdırmış və onun şaxtayadavamlı olması üçün yeni aşqarlar işləyib-hazırlamışdı. Qısa müddətdə sənaye miqyasında yüksəkoktanlı aviasiya benzini komponenti olan kumolun alınması da reallaşdı. Bu, aviasiya yanacağına yüksək effektli əlavənin yaradılması aromatik karbohidrogenlərin katalitik alkilləşdirməsi üzrə çoxsaylı araşdırmaların nəticəsində mümkün olmuşdu. Dərhal SSRİ Dövlət Müdafiə Komitəsi tərəfindən bu iş yoxlanıldı. Moskvada müvəffəqiyyətlə sınaqdan keçdikdən sonra Neft Sənayesi Komissarlığına göstəriş verildi ki, tezliklə Bakıda yüksəkoktan ədədli yanacaqların alınmasında istifadə olunan alkilbenzollar istehsal edən zavod tikilsin. Beləliklə, Bakıda dəyəri 12 milyon manat olan zavod tikildi və Yusif Məmmədəliyevin bu ixtirasını təmin etdi. Məhz belə cəsarətli ideyanın nəticəsidir ki, 1941-1944-cü illərdə Bakı neftayıranları cəbhəyə 10 milyon 42 min ton yüksək keyfiyyətli benzin verdilər.

Gizli ad altında (zavod №10) fəaliyyət göstərməyə başlayan zavodda Yusif Məmmədəliyev alkilləşdirmə proseslərində aşağı oktan ədədli benzinləri neft məhsullarının termiki krekinqindən alınan doymamış (etilen, propilen, butilen və başqa) birləşmələr ilə alkilləşdirərək izoquruluşlu (şaxəli quruluşlu) benzin istehsalına başladı. Belə benzinin daxiliyanma mühərrikində sınağı göstərdi ki, onun oktan ədədi çox yüksəkdir və aviasiya sənayesində istifadə oluna bilər. Faşist Almaniyası üzərində qələbəni təmin edən amillər haqqında müharibədən sonrakı illərdə belə deyirdilər: “Müharibəni Mikulinin motorları, Yakovlevin təyyarələri, Məmmədəliyevin benzini hesabına udmaq mümkün oldu!”

Bu rəşadətlərinə və xüsusilə cəbhəni aviasiya benzini ilə təchiz etdiyinə görə Yusif Məmmədəliyev dövrün ən yüksək mükafatlarına layiq görüldü.

Görkəmli alimin dünya elminə, aviakosmik tədqiqatlar sahəsinə, hərbi-müdafiə sənayesinə digər mühüm töhfəsi də strateji raketlər üçün yaratdığı “duru və bərk” yanacaqlar olub. Bu yanacaqlar dəfələrlə müxtəlif raket konstruksiyalarında sınaqdan keçirilib və Yusif Məmmədəliyev bu haqda akademik Sergey Korolyov ilə hələ 40-cı illərdə müzakirələr aparmışdı.

“Kimyaçılarımızdan akademik Məhərrəm Məmmədyarov da II Dünya müharibəsində iştirak edib, 12 medal və ordenlə mükafatlandırılıb. Akademik Bahadur Zeynalov 1940-cı ildən 1941-ci ilədək Leninabad şəhərində 9-cu minamyot bölməsinin kursantı olub. 1941-ci ildən 1945-ci ilədək II Dünya müharibəsində iştirak edib, vzvod komandirindən polk komandirinə qədər şanlı savaş yolu keçib. O, 1944-cü ildən 1946-cı ilədək Almaniyada Desau-Koxştad şəhərinin komendantı vəzifəsində qulluq edib. Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü Bilal Dadaşov 1940–1945-ci illərdə BDU-nun Kimya fakültəsində Y.Məmmədəliyevlə birgə işləyib. Azərbaycanın tanınmış elm xadimi, bir sıra neft-kimya proseslərinin yaradıcısı, akademik Vahab Əliyev isə 1944-cü ildə neftayırma və neft-kimya sənayesinin inkişafında xidmətlər göstərib.

Qeyd edək ki, Azərbaycanın kimyaçı alimləri öz fundamental tədqiqatları ilə II Dünya müharibəsində qələbənin qazanılmasına öz layiqli töhfələrini veriblər”,- deyə Sahib Yunusov fikrini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Quterreş Azərbaycan və Ermənistanı münasibətlərin normallaşması üçün bütün məsələləri həll etməyə çağırıb

Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib

Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb