İDMAN


Azərbaycanın kişi qılıncoynadanları Neapol Universiadasında şəxsi yarışda çıxış edib

Bakı, 6 iyul, AZƏRTAC

İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasında Azərbaycan qılıncoynadanları mübarizəyə başlayıblar.

Azərbaycan Qılıncoynatma Federasiyasından AZƏRTAC-a bildiriblər ki, kişi sablyaçıların şəxsi yarışında Cavanşir Ağakişiyev qrup mərhələsində keçirdiyi altı görüşdən ikisini qələbə ilə başa vuraraq otuzikidəbir finala yüksəlib. Ağakişiyev bu mərhələdə Ukrayna idmançısı Boqdan Platona 13:15 hesabı ilə uduzub.

Şpaqaçılarımızdan Ruslan Həsənov, Fərrux Səfərov və Xalid Əliyev də kişilərin şəxsi yarışında çıxış ediblər. Qrup mərhələsini üç qələbə ilə başa vuran Ruslan Həsənov otuzikidəbir finalda isveçrəli Çarls-Erik Osvala 11:15 hesabı ilə uduzub.

Qrup mərhələsində eyni nəticəni göstərən Xalid Əliyev isə otuzikidəbir finalda Hyomin Yanqa (Cənubi Koreya) 7:15 hesabı ilə məğlub olub.

Fərrux Səfərov isə qrupda keçirdiyi altı görüşdən ikisində qalib gəlsə də, bu nəticə onun pley-offa yüksəlməsinə imkan verməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.