İDMAN


Azərbaycanın kişi voleybolçulardan ibarət milli komandası Gürcüstan millisini yoldaşlıq görüşündə məğlub edib

Tbilisi, 11 may, AZƏRTAC

Tbilisidə Azərbaycan və Gürcüstanın kişi voleybolçulardan ibarət milli komandaları arasında yoldaşlıq görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, oyun Gürcüstanda Azərbaycanın ulu öndəri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan tədbirlər çərçivəsində təşkil edilib.

Gərgin mübarizə şəraitində keçən yoldaşlıq görüşü Azərbaycan millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmanı Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyin əməkdaşları və hər iki ölkənin federasiya nümayəndələri izləyiblər.

Sonda komandaların kapitanlarına kuboklar, üzvlərinə isə sertifikatlar təqdim olunub.

Məlumat üçün qeyd edək ki, Azərbaycan millisi Gürcüstanda 2021-ci il Avropa çempionatının seçmə mərhələsində oyunlar keçirib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.