MƏDƏNİYYƏT


Azərbaycanın kitabxana tarixində ilk dəfə interaktiv plakat hazırlanıb

Bakı, 7 dekabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mirzə Şəfi Vazeh adına Mərkəzi Kitabxanasında Azərbaycanın kitabxana tarixində ilk dəfə interaktiv plakat hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, plakat Azərbaycan Xalq Cümhuriyyəti və Parlamentinin 100 illik yubileyinə həsr olunub. Bu yeni beynəlxalq layihə Rusiyanın Orenburq vilayətinin Pokrovka müasir kitabxanası ilə birgə həyata keçirilib.

İnteraktiv plakatda Azərbaycanın Dövlət bayrağının fonunda Xalq Cümhuriyyətinin görkəmli siyasi və ictimai xadimlərinin fotoşəkilləri verilib.

Həmçinin plakatda AXC haqqında məlumat, mp4 formatında Dövlət himni və onun Azərbaycan və rus dillərində mətni, marşı və s. məlumatlar əks olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.