ELM VƏ TƏHSİL
“Azərbaycanın kurort təsərrüfatı” dərs vəsaiti çapdan çıxıb
Bakı, 13 yanvar, AZƏRTAC
Ölkəmizin turizm sektorunda ən mühüm sahə olan kurort təsərrüfatına həsr edilən “Azərbaycanın kurort təsərrüfatı” dərs vəsaiti çapdan çıxıb.
Bakı Dövlət Universitetindən AZƏRTAC-a bildiriblər ki, kitabın müəllifləri dosent Həbibə Soltanova, professor Maqsud Qasımov və tibb elmləri doktoru Əbil Ağasiyevdir. İki hissədən, iyirmi fəsildən ibarət olan dərs vəsaitində kurort fəaliyyətinin nəzəri-metodik və təcrübi məsələləri, termin və anlayışlar, Azərbaycanın sanatoriya-kurort müəssisələri haqqında ətraflı məlumat verilib. Fəsillər kurort təbabətinin əsasları və mahiyyəti, Azərbaycanda kurort fəaliyyətinin rekreasiya əsasları, müalicəvi turizm və onun coğrafiyası, kurortların idarə olunması, respublikanın iqtisadi rayonlarında kurort obyektləri və digər məsələlərə həsr olunub.
Kitab tələbə, tədqiqatçı və mütəxəssislər üçün nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:37]
Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub
- 24.04.2024 [19:11]
Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib
- 24.04.2024 [19:03]
Bartın Universitetinin müəllimi ADPU-da olub
- 24.04.2024 [18:35]
BDU-da Karyera Festivalı keçiriləcək
- 24.04.2024 [18:30]
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək
- 24.04.2024 [18:08]
ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb
- 24.04.2024 [17:55]
Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı
- 24.04.2024 [17:47]