SİYASƏT
Azərbaycanın maliyyə naziri Fransanın dövlət katibi ilə görüşüb
Paris, 13 iyun, AZƏRTAC
Parisdə səfərdə olan Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuan ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.
Fransanın böyük şirkətlərinin Azərbaycanın təşəbbüskarı və ya iştirakçısı olduğu nəqliyyat, kommunikasiya, enerji layihələri ilə yanaşı, bir çox digər sahələrdə də uğurla fəaliyyət göstərdiyi vurğulanıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris