CƏMİYYƏT


Azərbaycanın marketinq komandasının üzvləri Dünya Gənclər Forumunda iştirak ediblər

Bakı, 6 noyabr, AZƏRTAC

Azərbaycanlı fəal gənclərin bir qrupu Misirin Şarm-Əş-Şeyx şəhərində keçirilən Dünya Gənclər Forumunda iştirak edib.

Forumun Azərbaycan üzrə beynəlxalq marketinq komandasının rəhbəri Gülər Hümbətovanın AZƏRTAC-a verdiyi məlumata görə, noyabrın 3-dən 6-dək davam edən və 142 ölkədən 5 mindən çox gəncin qatıldığı Forum Misir Prezidenti Əbdül Fəttah Əs-Sisinin təşəbbüsü ilə keçirilir. Tədbirin məqsədi dünyadakı fəal gəncləri bir araya toplayaraq “Sülh, inkişaf və kreativlik” mövzularında qlobal çağırışlara həll yollarını axtarmaqdır.

Azərbaycanın marketinq komandasından 7 gənc ilin ən böyük gənclər tədbirinə qatılaraq müxtəlif sessiyalarda iştirak ediblər.

Gənclərimiz Misir Prezidenti Əbdül Fəttah Əs-Sisinin də iştirak edəcəyi Dünya Gənclər Teatrına və Sülh Marafonuna da dəvət olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.