ELM VƏ TƏHSİL


“Azərbaycanın mədəni kimliyi” məqalələr toplusu çap olunub

Bakı, 6 aprel, AZƏRTAC 

Azərbaycan Dillər Universitetinin (ADU) Serb dili və mədəniyyət mərkəzi, Elm şöbəsi və Belqrad Universitetinin Filologiya fakültəsində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzi tərəfindən “Azərbaycanın mədəni kimliyi” adlı məqalələr toplusu çap olunub.

ADU-dan AZƏRTAC-a bildirilib ki, layihə akademik Kamal Abdullanın rəhbərliyi ilə Azərbaycan və Serbiya alimlərinin birgə səyi nəticəsində həyata keçirilib. Nəşrdə ADU-nun akademik heyətinin müəllifliyi ilə qələmə alınan, Azərbaycanın mədəni kimliyini, multikulturalizm mühiti, tarixi, mədəniyyəti, dil siyasəti və milli dəyərlərini əks etdirən rus, ingilis və serb dillərində 50 məqalə yer alıb. Topluda serb professoru Aleksandra Vraneşin Azərbaycan haqqında məqaləsi maraq doğurur. Gələcəkdə iki ölkə arasında belə elmi məcmuələrin hazırlanması və birgə əməkdaşlığın davamlı olması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.