SİYASƏT


Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində gördüyü işlər yüksək qiymətləndirilib

Bakı, 8 mart, AZƏRTAC

BMT-nin insan haqları üzrə 40-cı sessiyasında iştirak edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev bu tədbir çərçivəsində Cenevrədə İnsan Haqları və Qlobal Dialoq Mərkəzinin icraçı direktoru İdris Cəziri ilə görüşüb.

Fonddan AZƏRTAC-a bildiriblər ki, görüşdə ikitərəfli əməkdaşlıq imkanları müzakirə edilib.

U.Mirzəyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyondan çox azərbaycanlının hüquqlarının pozulmasından danışıb, fəlakət nəticəsində ətraf mühitə, sosial-iqtisadi infrastruktura dəyən ziyan haqda məlumat verib.

İ.Cəziri Prezident İlham Əliyev tərəfindən Azərbaycanın inkişafı, eləcə də mədəniyyətlərarası dialoq və tolerantlıq, islamafobiyaya qarşı mübarizə sahəsində görülən işlərin önəmini xüsusi vurğulayıb. Etnik, dini, milli münaqişələri kəskin şəkildə pisləyən İ.Cəziri tolerantlıq və mədəniyyətlərarası dialoq sahəsində qətnamə üzərində iş aparıldığını və BAMF-ın bu məsələyə töhfə verə biləcəyini ifadə edib. O, Bakıya səfəri zamanı gələcək birgə əməkdaşlığın qurulması üçün ikitərəfli memorandumun imzalanması istiqamətində müzakirələrdən məmnunluğunu bildirib.

Səfər çərçivəsində U.Mirzəyev BMT-nin əlilliyi olan şəxslərin hüquqları üzrə xüsusi məruzəçisi xanım Katalina Devandas Aquilar ilə də görüşü olub.

Söhbət zamanı U.Mirzəyev BAMF və Azərbaycanda əlilliyi olan şəxslərin vətəndaş cəmiyyəti qurumları, bu qəbildən olan şəxsləri əhatə edən ittifaqın fəaliyyəti barədə məlumat verib. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şurada yer alan müharibə əlilləri və əlilliyi olan digər şəxslərin gördüyü işlərdən söz açıb.

Xanım Katalina Devandas Aquilar Azərbaycana səfəri zamanı əlilliyi olan şəxslərin birləşdikləri vətəndaş cəmiyyəti qurumları ilə görüşün təşkilinə dair təklifi yüksək dəyərləndirib.

BAMF prezidenti 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə BMT-nin xüsusi məruzəçisinə təbriklərini çatdırıb və ona kəlağayı hədiyyə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.