Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

“Azərbaycanın milli parklarında ekoturizm fəaliyyəti” mövzusunda dəyirmi masa keçirilib

“Azərbaycanın milli parklarında ekoturizm fəaliyyəti” mövzusunda dəyirmi masa keçirilib

Bakı, 1 oktyabr, AZƏRTAC 

Oktyabrın 1-də “Azərbaycanın milli parklarında ekoturizm fəaliyyəti” mövzusunda dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə milli parkların Azərbaycanın ən zəngin, etalon ərazilərində təşkil edildiyini və çox böyük turizm potensialına malik olduğunu deyib: “Lakin bu gün oraya gələn turistlərin sayı, onlara göstərilən xidmətin səviyyəsi bizi qane etmir. Milli parklara səfər edənlərin sayını artırmağın yollarını fikirləşmək və bu sahədəki boşluqları müəyyən etmək lazımdır. Əgər əvvəllər milli parkları il ərzində 3-4 min turist ziyarət edirdisə, bu ilin səkkiz ayı ərzində həmin ərazilərə 74 min 217 turist səfər edib. Turistlərdən 66 min 931-i yerli, 7286 nəfəri isə xaricidir. İlin sonunda bu rəqəmin 100 min olacağı gözlənilir. Ekoturizmi inkişaf etdirməklə həm Azərbaycanı daha çox tanıda, həm də ölkənin gəlirlərini artıra bilərik”.

Departament direktoru bildirib ki, ölkənin milli parklarının inkişafı üzrə Milli Proqram hazırlanacaq. Dəyirmi masada səslənən təklif və iradlar nəzərə alınacaq.

Regional Ekoloji Mərkəzin Azərbaycan nümayəndəliyinin direktoru Mələk Şükürova ekoturizmin inkişafı ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıq etdiklərini diqqətə çatdırıb. “Ekodəhlizlərin yaradılması” layihəsi çərçivəsində Şahdağ Milli Parkında müvafiq işlərə başlanılıb. Ekoturizm proqramının hazırlanmasına əvvəllər icmalar cəlb olunmayıb. Bu ilin may-iyul aylarında bu proqrama icmaları da dəvət edib onlara təlimlər keçdik. İcmalarla birlikdə Şahdağ Milli Parkı üçün ekoturizm proqramı hazırlanıb. Həmin proqramın tərkibində ekocığırların inkişafı komponenti də var.

O, həmçinin deyib: “Bizim layihənin əsas funksiyası infrastrukturların salınmasıdır. Belə ki, cığırlar yaradılarkən lövhələr qoyulmalı, turistlərin gecələməsi üçün yerlər yaradılmalıdır. Hazırda mütəxəssislər yerlərdə çalışırlar. Oktyabrın 20-nə kimi işlər yekunlaşacaq. Şahdağ Milli Parkında həyata keçirilən işlər uğurlu olsa, digər milli parklarda da tətbiq olunacaq. Hazırda həmin milli parkda 50-yə yaxın turistik cığır var. Şahdağ Milli Parkının Qonaqkənd və İsmayıllı ərazisində turistik cığırların salınması istiqamətində işlər davam etdirilir. Qonaqkənddən başlayaraq milli parkın ərazisindən keçərkən yaylaqlara çıxış olacaq. Burada turistlər endemik və “Qırmızı kitab”a düşən fauna nümunələrini görə biləcəklər”.

Sonra “Azərbaycanın milli parklarında ekoturizm fəaliyyətinə dair hesabat” təqdim olunub. Hesabatda bildirilib ki, Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 893 min hektardır. Xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,31 faizini təşkil edir. Ölkəmizdə milli parklar yaradıldığı vaxtdan indiyədək onların turizm (rekreasiya) potensialı olan ərazilərində təbiət turizminin inkişaf etdirilməsi məqsədilə 111 ekoturizm marşrutu təşkil edilib.

Cari ilin ötən dövrü ərzində milli parklarda mövcud ekoturizm marşrutları üzərindəki məlumat lövhələrinin sayı artırılıb, milli parklarda “uşaq guşələri” yaradılıb. İlin 8 ayı ərzində milli parkları 74 mindən çox turist ziyarət edib. Turistlərin ən çox səfər etdiyi xüsusi mühafizə olunan təbiət ərazisi Göygöl Milli Parkı olub. Həmin əraziyə gələn turistlərin sayı 52 min 605 nəfər olub. Onlardan 47 min 236 nəfərini yerli, 5369 nəfərini isə xarici vətəndaş təşkil edib”.

Müxtəlif turizm şirkətləri və təşkilatlarının iştirak etdiyi tədbirdə milli parklara turistlərin cəlb edilməsi üçün təkliflər irəli sürülüb. İnfrastruktura dair təkliflər arasında nəqliyyat infrastrukturunun qurulması, yol infrastrukturunun təkmilləşdirilməsi, fiziki məhdudiyyətli insanlar üçün infrastrukturun təşkili, ekoturizm mərkəzlərinin yaradılması, at gəzintisi, yoxuşlarda pilləkənlərin düzəldilməsi, suvenir guşələri, piknik yerləri və yolboyu xəritələrin təşkili, turistlər üçün gecələmə yerləri, kampların qurulması, quşların müşahidəsi imkanlarının genişləndirilməsi, nişanların beynəlxalq standartlara uyğunlaşdırılması, su təminatı və s. yer alıb. Təşkilati-institusional məsələlərə dair isə ekoturizm üzrə işçi qrupunun, turizm şirkətləri ilə birbaşa sıx əməkdaşlığın yaradılması, infoturların təşkili və yeni ərazilərin tanıdılması, təhsil ocaqlarında maarifləndirmə tədbirlərinin keçirilməsi, özəl sektorların cəlb olunması, təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkili, milli parklarla bağlı kataloq və reklamların təşkili, sosial şəbəkələrdə tanıtımın gücləndirilməsi, xarici media nümayəndələri üçün infoturların təşkili, milli parkların beynəlxalq şəbəkəyə qoşulması kimi təkliflər səsləndirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb