İQTİSADİYYAT


Azərbaycanın mobil-rezidentliyinin əhatə dairəsi genişlənir

Bakı, 7 fevral, AZƏRTAC 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Rəqəmsal Ticarət Qovşağının təqdim etdiyi mobil-rezidentlik vasitəsilə türk iş adamı Koral Türkkan Azərbaycanda biznes fəaliyyətinə başlayacaq.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, K.Türkkan Azərbaycanın investisiya mühitini araşdıraraq ölkədə əlverişli biznes şəraitinin mövcudluğu səbəbindən yeni biznes yaratmaq məqsədilə Rəqəmsal Ticarət Qovşağına müraciət edib.

Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli deyib ki, qısa müddətdə m-rezidentlik əldə edən K.Türkkan növbəti mərhələdə Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsi üzrə fəaliyyətə başlamaq üçün hüquqi şəxsin qeydiyyatını və korporativ bank hesabının açılmasını onlayn olaraq həyata keçirəcək. Hüquqi şəxsin qeydiyyatı “www.dth.az” portalında 3 dildə təqdim olunur və tamamilə ödənişsizdir.

Mobil rezidentlik əldə edən K.Türkkan prosesin çox sürətli və rahat olduğunu, ətrafındakı iş adamlarına da bu proqrama qoşulmağı tövsiyə edəcəyini bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.