SİYASƏT
Azərbaycanın müdafiə naziri Belarus tərəfinə başsağlığı verib
Bakı, 21 may, AZƏRTAC
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasının müdafiə naziri general-leytenant Viktor Xreninə başsağlığı ünvanlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, başsağlığı məktubunda general-polkovnik Zakir Həsənov Baranoviç şəhərində “Yak-130” təyyarəsinin ekipajının faciəvi şəkildə həlak olması xəbərindən kədərləndiyini ifadə edib. Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyəti və şəxsən öz adından həlak olanların ailələrinə, əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.