SİYASƏT


Azərbaycanın müdafiə naziri “Beynəlxalq Ordu Oyunları-2018” yarışlarının açılış mərasimində iştirak edib

Bakı, 28 iyul, AZƏRTAC 

Moskvada səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov iyulun 28-də Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları - 2018” yarışlarının təntənəli açılış mərasimində iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbçilərimiz ölkəmizdə keçirilən “Dəniz kuboku” ilə yanaşı, Rusiyada “Tank biatlonu” və “Səhra mətbəxi”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” və Belarusda “Snayper həddi” müsabiqələrinə qatılıblar.

Bundan əlavə, hərbçilərimiz İranda keçirilən “Dərinlik” və Rusiyada təşkil olunan “Qoşun kəşfiyyatı əlaçıları” müsabiqələrində ölkəmizi müşahidəçi qismində təmsil edirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.